Rusiya və Qazaxıstan prezidentləri telefonla danışıblar.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev telefon danışığı zamanı enerji sahəsində əməkdaşlıq, eləcə də Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə cümə günü, yanvarın 20-də Kremldə məlumat verilib.
Qeyd olunduğu kimi, Rusiya və Qazaxıstan prezidentləri “Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafının aktual mövzularını müzakirə ediblər. Xüsusilə, enerji sahəsində gələcək əməkdaşlıq məsələlərinə toxunulub”.
Şayəstə