Rusiyada “Vaqner Center” hüquqi şəxs kimi rəsmi qeydiyyata alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni hüquqi şəxs 27 dekabr 2022-ci ildə qeydiyyatdan keçib. Əsas fəaliyyət istiqaməti “idarəetmə konsaltinqi”dir.
Sənədlərdə isə heç bir şəkildə hərbi fəaliyyət göstərilmir:
“Hələ ki, qeydiyyatdan keçmiş “Vaqner Center”in “Vaqner” qrupu ilə necə işləyəcəyi məlum deyil. Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir və bu, “Vaqner” qrupunun fəaliyyətini qanunsuz edir. Hazırda Ukraynada cəbhədə 50 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar Yevgeni Priqojinin biznes strukturları tərəfindən alınan dövlət müqavilələri üzrə korrupsiya yolu ilə maliyyələşir. Qeydiyyatın məqsədi, çox güman ki, Priqojinin kommersiya üstünlüyünü artırmaq və getdikcə daha çox tanınan təşkilatı qanuniləşdirməkdir”.
Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi
“Məkkə Müdafiə İttifaqı kimi mexanizmlərin səmərəli fəaliyyət göstərməsi və aktivləşdirilməsi vacibdir”. Elchi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri...


















Son şərhlər