Bir məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
Elchi.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər İrəvan həqiqətən də müəyyən edilmiş problemlərin, üçtərəfli sazişlərin həllində maraqlıdırlarsa, o zaman boş fəlsəfə ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları da qüvvədə qalır”, – Zaxarova bildirib.
Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib
ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...