Almaniyada bir vaxtlar məşhur olan teleqraf xidmətləri yeni ildə başa çatıb.
Elchi.az xəbər verir ki, Alman Poçt İdarəsi (Deutsche Post) tərəfindən edilən açıqlamada, 2018-ci ildən bəri beynəlxalq istiqamətlərə teleqraf xidmətlərinin göstərilmədiyi xatırladılaraq, yeni ildə ölkədaxili teleqraf xidmətlərinin də dayandırıldığı açıqlanıb.
Son illərdə ayda orta hesabla 200-300 teleqramın göndərildiyi bildirilən açıqlamada ötən ilin son günündə sonuncu dəfə 3 min 228 teleqramın göndərildiyi bildirilib.
Almaniyada 160 simvola qədər teleqramın göndərilməsi ən azı 12,57 avroya başa gəlir.
Şayəstə