BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçıya İstanbulda baş verən terror aksiyasında ölənlərlə bağlı başsağlığı verib.
Qüdrət Həsənquliyev terroru lənətlədiyini və bu çətin günlərdə bütün Azərbaycan vətəndaşları kimi BAXCP üzvlərinin də qardaş Türk xalqı ilə birlikdə olduğunu vurğulayıb:
“Bu amansız cinayət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, bu terroru törədənlər və onların arxasında dayanan qüvvələr tezliklə öz layiqli cəzalarını alacaqlar”.
Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır
Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...