Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olmaq üçün Səudiyyə Ərəbistanı və İraqı geridə qoyub.
Elchi.az xəbər verir ki, Real vaxt rejimində məlumat izləyən Vortexa şirkətinin məlumatına görə, Hindistan oktyabr ayında Rusiyadan təxminən 946 min barel neft alıb ki, bu da onun ümumi neft idxalının 22 faizini təşkil edir.
Bu rəqəm Hindistanın Rusiyadan bu günə qədər ən böyük aylıq tədarükü kimi də qeydə alınıb. Oktyabrda ölkə Rusiyadan gündəlik 106 min barel yanacaq idxal edib.
Hindistanın keçmiş ən böyük xam neft tədarükçüsü olan İraq ötən ay ölkənin ümumi idxalının 20,5 faizi ilə ikinci, Səudiyyə Ərəbistanı isə 16 faizlə üçüncü yerə düşüb.
Ölkənin ümumi xam neft idxalı oktyabrda əvvəlki ayla müqayisədə 5 faiz, Rusiyadan idxal isə 8 faiz artıb.
Bundan əlavə, Hindistanın ümumi dəniz idxalında Rusiya mənşəli xam neftin payı da artıb.
Rusiyadan ucuz xam neft
Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan, Qərb ölkələrinin Rusiyadan neft alışına tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyadan xam neft almağa davam edir və hələlik sanksiyalara əməl etməyəcəyini bəyan edir.
Ölkə qlobal enerji qiymətlərinin yüksəldiyi bir vaxtda enerji ehtiyacını ödəmək üçün ucuz Rusiya neftinin idxalını artırır.
Hindistanın neft naziri Hardeep Singh Puri Əbu-Dabidə davam edən Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC) zamanı jurnalistlərə bildirib ki, Hindistanın enerji təchizatının davam etdirilməsini təmin etmək onun mənəvi borcudur.
Şayəstə