Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
Elchi.az xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.
“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.
Birbaşa sülh danışıqları Cənubi Qafqazda… – Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi...