Kürdə qanunsuz balıq ovlayan şəxslər dövlət qurumunun qayığını yandırıblar.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
O qeyd edib ki, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb:
“Brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb. Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında avtomobil yanır. Elchi.az xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb...