Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki boğazdan keçid haqqını 2 dəfə artıracaq.
Elchi.az Report-a istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiq edib:
“Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarl keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq”.
Hərbçilərimiz Türkiyəyə yola salındı – Video
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES-2024” çoxmillətli təlimi...