Rumıniya Türkiyədən 300 milyon dollar dəyərində 18 ədəd “Bayraqdar” PUA-sı alacaq.
Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, avqust ayının əvvəlində parlamentdən silahlı qüvvələrdə istifadə olunan silahların modernləşdirilməsi çərçivəsində Rumıniya quru qüvvələri üçün ümumilikdə 18 ədəd “Bayraqdar” TB2 pilotsuz təyyarəsinin alınması üçün tender prosedurunu təsdiqləməsi üçün müraciət edib.
Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 2004-cü ildən NATO üzvü olan Rumıniyanın Prezidenti Klaus mart ayında bildirib ki, 2023-cü ildə ölkənin müdafiə xərclərini ümumi daxili məhsulun 2%-dən 2,5%-ə çatdırılacaq.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...