Azərbaycanın şanlı qələbəsi ilə Cənubi Qafqazda sabitlik və əməkdaşlıq tərəfdarı olan ölkələrin qalib gələcəyi yeni geosiyasi vəziyyət yaranıb. Hər kəsi bu şansdan yararlanmağa dəvət edirik. Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaları, sərhədlərin demarkasiyası və sülh müqaviləsi üzrə danışıqları dəstəkləyirik.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə azərbaycanlı və özbək həmkarları ilə görüşündən sonra deyib.
“Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Avropanı birləşdirəcək yeni nəqliyyat xətləri bütün regionun rifahıdır. Layihələr həyata keçirildikdə nəqliyyat, ticarət, enerji kimi bir çox sahələrdə multiplikator effekti yaradacaq”, – nazir bildirib.
Birbaşa sülh danışıqları Cənubi Qafqazda… – Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi...