“Yuventus”un müdafiəçisi Mattiys de Liqt “Bavariya”ya keçib.
Bu barədə məlumatı tanınmış italiyalı jurnalist Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, Niderland millisinin üzvünün Münhen klubuna keçidi dəqiqləşib. Klublar arasında bütün sənədlər imzalanıb. De Liqt hətta ilkin tibbi müayinədən də keçib. Ancaq bu gün növbəti dəfə həkim müayinəsinə ehtiyac duyulacaq.
Bunun ardından 23 yaşlı müdafiəçi “Bavariya”nın ABŞ turnesinə qatılacaq. Transferin turinlilərə 70+10 milyon avro qazandırdığı bildirilir.
Qeyd edək ki, Mattiys de Liqt 2019-cu ildən “Yuventus”da çıxış edir.
Azərbaycan I Liqası klubunun legioneri beş oyunluq cəza alıb
AFFA İntizam Komitəsi I Liqada çıxış edən "İmişli" klubunun futbolçusu Qilyerme Silvanı 5 oyunluq cəzalandırıb. Elchi.az xəbər verir ki, buna...