Zaqatalada yol qəzası olub.
Hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü Oruc Qəni oğlu Şabanov velosipedlə kəndin ərazisində hərəkət edərkən “VAZ 2109” markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan O. Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Xocavənddə traktor minaya düşdü
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi...





















Son şərhlər