"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Telefonların qeydiyyatı pullu olacaq

31 Oktyabr 2014 - 18:10
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

Azərbaycanda noyabrın 1-dən şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıqimg1668593 fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli olacaq.
Bu barədə “Trend”ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Mobil cihazların qeydiyyat sistemi (MCQS) 1 may 2013-cü il tarixindən fəaliyyətə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılan sistem Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb.
Ötən dövr ərzində müxtəliftipli mobil cihazların IMEI nömrələri mərkəzi baza sisteminə daxil edilib, standartlara uyğun olmayan 120 minə yaxın mobil cihazın şəbəkədə istismarının qarşısı alınıb.
Eyni zamanda, itirilən və ya oğurlanan mobil cihazlar barədə vətəndaşlardan və hüquq mühafizə orqanlarından daxil olan müraciətlər araşdırılaraq itirilən 2725 ədəd mobil cihazın şəbəkədə istismarı məhdudlaşdırılıb, onlardan təxminən 700 ədədi tapılaraq sahibinə qaytarılıb.
Qeyri-qanuni trafik mübadiləsi təşkilinin qarşısının alınması ilə bağlı 1000 ədəddən çox IMEI nömrəsinin istifadəsi şəbəkədə dayandırılmış və bununla da vurula biləcək maddi ziyanın qarşısı alınıb.
Aparılan araşdırmalar göstərir ki, şəxsi istifadə məqsədilə respublikaya gətirilən mobil cihazların qeydiyyata alınması üçün edilən müraciətlərin gündəlik sayı artmaqda davam edir. Bu da qeydiyyat üçün ərizələrin qəbul olunmasına əlavə içilərin cəlb edilməsi ilə nəticələnir. Eyni zamanda, qeydiyyatla bağlı bir sıra sui-istifadə hallarına yol verildiyi müəyyən edilərək qarşısı alınıb.
Şəxsi istifadə məqsədilə respublikaya gətirilən mobil cihazların qeydiyyata alınması üçün müraciətlərə 2 iş günü ərzində baxılaraq cavablandırılmasına, bununla bağlı vətəndaşlar tərəfindən edilən sorğu və müraciətlərin cavablandırılması üçün “1677” çağrı mərkəzi xidmətinin təşkilinə, mərkəzi baza sisteminin və işçilərin, həmçinin http://www.imei.az internet informasiya ehtiyatının saxlanılmasına, eyni zamanda, proqram təminatının mütəmadi olaraq yenilənməsinə əlavə xərclər tələb olunur.
Qeyd olunan məsələlərlə əlaqədar bir çox ölkələrin, o cümlədən Türkiyə Respublikasının mövcud təcrübəsi öyrənilərək nəzərə alınıb. Belə ki, Türkiyədə şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazların IMEI nömrələrinin qeydiyyatının aparılması üçün 119.5 TL (təxminən 43 manat) vəsait ödənilir. Topdansatış məqsədi ilə idxal edilən mobil cihazların qeydiyyatı üçün isə 46 Kr (təxminən 0.16 manat) vəsait ödənilir.
Qeyd olunanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən xidmətin təşkili ilə əlaqədar xərclərin qarşılanması üçün şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli təşkil ediləcək. Belə ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı ücün 5 manat, şatış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı ücün isə 0.20 manat vəsait tələb olunacaq.
Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların həm poçt şöbələri tərəfindən, həm də http://www.e-gov.az və http://www.imei.az internet informasiya ehtiyatları üzərindən elektron qeydiyyatı aparılacaq. Bununla yanaşı, qeydiyyat proseduru tam avtomatlaşdırılmış və nəticədə mobil cihazların qeydiyyata alınması 2 iş günündən 24 saat müddətinə endirilib. Qeydiyyat üçün uyğun proqram təminatı işlənib hazırlanmış və müvafiq baza sistemlərinə inteqrasiya edilib.
Vətəndaşların nəzərinə çatdırırıq ki, mövcud qaydalara əsasən Azərbaycan Respublikası ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.
Previous Post

Nərgiz Paşayeva: “Fəxr edirik ki, Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib”.

Next Post

Məşhur kinorejissor həbs olundu

Bənzər yazılar

Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16

QHT-lər və biznes "bölüşülən dəyər", real əməkdaşlıq mexanizmləri yaratmağa keçid etməlidir Müasir qlobal iqtisadi və sosial çağırışlar fonunda biznes sektorunun...

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək “Sabah”ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. Bu barədə...

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 14:07

Son zamanlar VPN-dən (Virtual Private Network — virtual özəl şəbəkə) internet bağlantısını şifrələmək və IP ünvanını gizlətmək üçün istifadə olunur....

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

20 Oktyabr 2026 - 13:42

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, ictimai asayişə hörmətsizlik nümayiş etdirilməsi və təhlükəli manevrlərin edilməsi bəzi hallarda avtoxuliqanlıq kimi qiymətləndirilir....

Next Post

Məşhur kinorejissor həbs olundu

Məşhur kinorejissor həbs olundu

Son xəbərlər

Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14
Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 14:07
“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

20 Oktyabr 2026 - 14:00
İrandan narkotik keçirilməsinin qarşısı alındı

İrandan narkotik keçirilməsinin qarşısı alındı

20 Oktyabr 2026 - 13:51
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

20 Oktyabr 2026 - 13:42
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

20 Oktyabr 2026 - 13:30
Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

20 Oktyabr 2026 - 13:18
54 cinayətin üstü açıldı

54 cinayətin üstü açıldı

20 Oktyabr 2026 - 13:09
Vens Ukraynanı müttəfiq adlandırmaqdan İMTİNA EDİB

Vens Ukraynanı müttəfiq adlandırmaqdan İMTİNA EDİB

20 Oktyabr 2026 - 13:00
Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

20 Oktyabr 2026 - 12:52
Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib – VİDEO

Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib – VİDEO

20 Oktyabr 2026 - 12:49
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

20 Oktyabr 2026 - 12:38
“Qalatasaray” “Mançester Yunayted”in kapitanını heyətinə qatmaq istəyir

“Qalatasaray” “Mançester Yunayted”in kapitanını heyətinə qatmaq istəyir

20 Oktyabr 2026 - 12:29
Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.