Amerika sahibkarı və “Amazon”un banisi Ceff Bezos bir neçə il sonra dünyada ilk trilyonçu ola bilər.
Elchi.az-ın “Report”-a istinadən məlumatına görə, kiçik biznes üçün “Comparisun” konsultasiyalar xidmətinin ekspertləri əmindirlər ki, Bezosun sərvəti 2026-cı ildə 1 trilyon ABŞ dollarına çatacaq.
İndi o planetin ən varlı insanı hesab edilir. Hazırda Bezosun sərvəti təxminən 143 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Pandemiya ilə əlaqədar “Amazon” səhmlərinin onlayn alınmaları tələbatın artması səbəbindən kəskin bahalaşıb.
Daha əvvəl bildirilirdi ki, Bezos koronavirus pandemiyası fonunda 2020-ci ildə 24 milyard ABŞ dolları qazanıb.
Qeyd edilir ki, siyahıda amerikalıdan sonra ikinci yerdə Çindən olan Syuy Szyain qərarlaşa bilər.
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir
İran Ordusunun Baş Qərargahı martın əvvəlində itkin düşən üç pilotun axtarışında kömək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQX) müraciət edib....



















Son şərhlər