81 yaşlı iş qadını Cessika Lids ABŞ-ın keçmiş prezidenti Donald Trampı cinsi təcavüzdə ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Lids məhkəmədə federal münsiflər heyətinə Trampın 1978 və ya 1979-cu illərdə ona təcavüz etdiyini bildirib. Bu, onun Trampla qonşu olduğu təyyarədə baş verib.
Lidsin dediyinə görə, əvvəlcə onlar sadəcə olaraq bir-birlərini ilə tanış olub, əl sıxıblar, sonra birinci sinifdə onlara verilən yeməklə nahar ediblər. Bundan sonra Tramp qəfildən onu öpməyə çalışıb.
Lids qeyd edir ki, o, bu cür hərəkətlər üçün heç bir səbəb göstərməyib, onun üçün şok olub:
“Məni öpməyə çalışdı. Məni özünə tərəf çəkməyə çalışdı”.
Qeyd edək ki, eks-prezident bundan əvvəl Ceyn Kerrollu zorlamaqda ittiham edilmişdi.
Yeganə