“Qərb hər gün bəşəriyyətə qarşı cinayətlər törədən Kiyev rejimini ağartmağa çalışır”.
Elchi.az xəbər verir ki, vu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Moskvada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljariç ilə danışıqları zamanı o qeyd edib ki, Kiyev rejimi humanitar hüququ kobud şəkildə pozur.
“Qərb ölkələri hər gün humanitar qanunları kobud şəkildə pozan və insanlığa qarşı cinayətlər törədən Kiyev rejimini ağartmağa və sipər etməyə çalışırlar – hər cür səy göstərirlər”,-deyə Lavrov vurğulayıb.
Yeganə





















