"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kremldən Bakıya yeni şifrəli mesaj “Rus NATO”suna girsəniz…

08 Oktyabr 2016 - 09:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

  Kremldən Bakıya yeni şifrəli mesaj “Rus NATO”suna girsəniz...Təcavüzkara ucuz silah, Azərbaycana ucuz təsəlli?; Putinin müşaviri Azərbaycanı KTMT-yə səslədi; Bakının mövqeyi isə bəlli – “Öncə ərazilər!..”; eyni gündə Rusiya prezidenti Ermənistanla ortaq hava hücumundan müdafiə sistemi haqda sənədi təsdiq üçün Dumaya göndərdi – təsadüf?..
Bakı-Moskva münasibətləri yenə həssas bir dönəmdən keçməkdədir. Bunun birinci səbəbi aprel döyüşlərindən sonra Qarabağ məsələsində Rusiyanın vasitəçiliyinə olan ümidlərin növbəti dəfə qırılmasıdırsa, digəri Kremlin öz forpostuna “İsgəndər” tipli müasir döyüş sistemləri verməsinin üzə çıxmasıdır.
Beləcə, bu il, nəhayət, Qarabağ nizamlanmasında ciddi dönüş olacağı haqda ən nikbin proqnozlar da fiasko olmaqdadır. Bu cür proqnozlardan biri də Rusiyadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, prezident Putinin səlahiyyətli şəxslərindən biri, Rusiya prezidenti yanında İctimai Şuranın üzvü, politoloq Sergey Markova məxsus idi. Markov təxminlərinin doğrulmadığını artıq etiraf edib – özü də Bakıda.
“Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi. Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il ”Kazan formulu” əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı. Hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu lazımdır. Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, istənilən vaxt yenidən alovlana bilər. Ona görə də biz münaqişənin həlli istiqamətində səylərimizi artırmalıyıq”. Bu fikri o, dünən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil etdiyi beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib. Markov İrəvana “İsgəndər” operativ-taktiki raket komplekslərinin verilməsindən də danışıb və əfsus ki, buna bəraət qazandırıb.
 
Politoloqun sözlərinə görə, Rusiya müxtəlif dövlətlər, o cümlədən münaqişədə olan ölkələrlə hərbi-texniki münasibətlər qurub. Daha sonra o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT – “Rus NATO”su) üzvü olduğunu xatırladaraq deyib: “Biz Azərbaycanı da bu təşkilatla yaxından əməkdaşlıq etməyə dəvət edirik. Rusiyada güclü erməni lobbisi var. Biz silah satmasaq, ABŞ satacaq. O zaman Azərbaycan və Ermənistan da itirəcək, çünki eyni silahları iki dəfə baha almalı olacaq (Hərçənd Ermənistanın bahalı silahlar almağa imkanlı yoxdur – red.)”.
***
Beləcə, Putinin müşaviri Qarabağ danışıqlarının növbəti dəfə iflas olması fonunda, faktiki şəkildə, Bakıya Bakıdan şifrəli mesaj ünvanlayıb. “Azərbaycanı da bu təşkilatla (”Rus NATO”su ilə-red.) yaxından əməkdaşlıq etməyə dəvət edirik” açıqlamasının ayrı anlamı yoxdur.
Ancaq Bakının KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və digər bu kimi “Putin projeləri”nə qoşulmaqla bağlı mövqeyi çoxdan bəllidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azı iki dəfə Rusiya mediasına müsahibəsində bildirib ki, əgər işğal altındakı ərazilərimizin boşaldılmasına başlanılarsa, Azərbaycan Ermənistanla birgə adə çəkilən qurumlarda təmsilçilik məsələsinə baxa bilər. Bundan aydın mesaj?
Bu üzdən top Azərbaycanın yox, Rusiyanın tərəfindədir. Əfsus ki, Rusiyanın aprel döyüşlərindən sonra Qarabağ məsələsində özünü göstərən diplomatik fəallığı, “Kazan formulu” ilə bağlı xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərləri lazımi nəticəni vermədi, çünki davamı gəlmədi. Danışıqlar prosesi faktiki surətdə yenidən donduruldu.
Image result for KTMT
Belə vəziyyətdə Bakının birtərəfli qaydada, qeyd-şərtsiz “Rus NATO”suna maraq göstərməsi, Putinin müşavirinin dediyi kimi, onunla “yaxından əməkdaşlıq eləməsi” qeyri-mümkündür. Bu, müstəsna olaraq Kremlin və İrəvanın maraqlarına işləyər, yalnız onlara divident gətirərdi, işğal rejiminə isə haqq qazandırmaq anlamı verərdi. Azərbaycan buna heç vaxt getməz. Öncə Qarabağ, torpaqlar…
*   *   *
Diqqətçəkicidir ki, Bakıda Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı beynəlxalq konfransın keçirildiyi gün, yəni dünən Rusiya prezidenti Vladimir Putin Ermənistanla vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı razılaşmanı ratifikasiya üçün Dumaya təqdim edib. Bu barədə informasiyanı Rusiya Dumasının mətbuat xidməti yayıb. Dünən həm də Putinin ad günü idi və ona Bakıdan, azərbaycanlı həmkarı İlham Əliyevdən təbrik zəngi gəlmişdi…
Image result for kreml
Yada salaq ki, tərəflər arasında bu müqavilə 23 dekabr 2015-ci ildə Moskvada imzalanıb. İyun ayında Ermənistan parlamenti vahid sistemin yaradılması haqda müqaviləni təsdiq edib. Bu müqavilənin qüvvəyə minməsi ilə Rusiya işğalçı Ermənistanın təhlükəsizliyinə daha bir qarant vermiş olur. İşğalçı ölkə isə özünə ən böyük təhlükəni haqlı olaraq, Azərbaycandan gözləyir – Qarabağa görə…
Image result for Sergey Markov
Yeri gəlmişkən, yenə məhz dünən Ermənistanda Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birgə taktiki təlimləri başlayıb. Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verib. Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi təlimlər qoşunların birləşmiş qruplaşmalarının komandanı, erməni general Andranik Makaryanın ümumi rəhbərliyi altında keçirilir.
Bundan başqa, Azərbaycanın işğal altındakı ərazilərində də neçə gündür təlimlər gedir – hansına ki, ATƏT-in Minsk Qrupunu 3 həmsədrindən biri kimi Rusiya da heç bir etiraz bildirməyib. Doğrudur, Rusiya Azərbaycan da silah verir. Ancaq dünya qiymətinə. Yəni bundan ən əvvəl özü yaxşı maliyyə əldə edir. Eyni zamanda bölgədə bu yolla guya hərbi balansı qorumağa çalışır – ki, Qarabağ münaqişənə həlledici təsir imkanları əlindən çıxmasın. Nə vaxta kimi?
Previous Post

Bu gün 28 dərəcə isti olacaq

Next Post

`Şərabımızı dünya bazarına çıxarmalıyıq` – Prezident

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

`Şərabımızı dünya bazarına çıxarmalıyıq` - Prezident

`Şərabımızı dünya bazarına çıxarmalıyıq` - Prezident

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.