"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

6-cı “kalon”da dəhşətli işgəncələr haqda iddialar – məhkum yaxınları danışır

29 İyul 2017 - 09:00
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Dustaqların qohumları: “Döyürlər, asırlar, deyirlər ki, bizdən müalicə, yemək istəmə, şikayət yazma. Öl, qal burada”; Penitensiar Xidmət məsələni araşdıracaqlarını deyir…

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində dəhşətli işgəncələr haqda redaksiyamıza məlumatlar daxil olub. 2012-ci ildən 6 saylı cəza çəkmə müəssisəsində saxlanılan Tahir Şəmməd oğlu Həsənovun qardaşı İmran Həsənov deyib ki, müəssisədə saxlanma şəraitinin son dərəcə ağırlığına etiraz edən dustaqları döyür, işgəncə verir, günlərlə asılı vəziyyətdə saxlayırlar.

“… Əllərinə qandal vurub dəmir ”raşotka”dan asırlar”

““6-cı ”kalon”da məhkumlara yemək verilmir. Sadəcə, içində su olan bir qab verirlər, içində də 2-3 makaron olur. Mənə zəng edir, xəstə adamdır, deyir ki, nə yemək tapa bilirəm, nə müalicə edirlər, deyir, mənə kömək elə, qardaş. Mənim əlim heç yerə çatmır. Kasıb adamam, 3 uşağım var, kirayədə yaşayıram. Dövlət rəsmiləri çıxıb deyirlər ki, hər bir dustağın saxlanılmasına ayda 420 manat pul xərclənir. Hara gedir bu pullar? Qardaşım orada dustaqlardan qənd-çay dilənir. 400-500 məktub özü yazıb, bir o qədər də mən yazıb müraciət etmişəm. Həmin məktublara görə qardaşımı lüt soyundurub əllərinə qandal vurub dəmir “raşotka”dan asırlar. 2-3 gün həmin vəziyyətdə saxlayırlar. Başa düşürsüz, asırlar! Bu, orada adi haldır. Bəlkə sizə qəribə gələr, amma 6-cı “kalon”da məhkumu döyüb asmaq adi hal, qaydadır. Döyürlər, asırlar, deyirlər ki, bizdən müalicə, yemək istəmə. Şikayət yazma. Öl, qal burada”.

“… Onların ayaqlarına düşüb, yalvarıb ki, məni müalicə edin”

İmran Həsənov deyir ki, qardaşı 2012-ci ildə həbsə alınanda sağlam olub. Bu gün isə o, çoxsaylı xəstəliklərdən əziyyət çəkir: “Zob, əsəb, yuxusuzluq, ürəksıxılma ən yüngül xəstəlikləridir. Həbsdə olarkən dişi ağrıyıb. İlham adlı həkim dişini çəkib. Sonradan məlum olub ki, həkim ona Hepatit virusu keçirib. Mədə-bağırsağında ciddi problemlər var, böyrək, prostat ağrılarından əziyyət çəkir, sidiyini saxlaya bilmir. Həbsdə olduğu 5 il ərzində 25 dəfə Məhkumların Müalicə Müəssisəsində olub. Lakin orada heç bir müalicə almayıb. Çünki həkimlər onu, sadəcə, müalicə etməyiblər. Pulumuz yoxdur ki, onu orada öz hesabımıza müalicə etdirək. Orada dəfələrlə olmuşam. Adı müalicə müəssisəsi olsa da, orada əsasən sağlam məhkumları saxlayırlar. İmkanlı məhkumlar türmələrdə cəza çəkə bilmirlər. Buna görə də aya 300-400 manat ödəyib ora gəlirlər, orada dincəlirlər. 25 dəfə müalicə müəssisəsində olduğu müddətdə qardaşıma heç bir yardım göstərilməyib. Bu faktdır. Müalicə müəssisəsində 7-8 həkim var, başda rəis Elgiz İsmayılov, müavini Xəyyam, rejim rəisi Əhməd, terapevt həkimlər – Ramiz, Aqşin, Mehman Qədirov, Anar. Feyruz, Məhərrəm, Hafiz, Səadət Əzizova Elgiz onların ayaqlarına düşüb yalvarıb ki, məni müalicə edin. Həkimlər də deyir ki, iynə-dərman yoxdursa, nə edək?

Qardaşım da deyir ki, diaqnoz qoyun, müalicə kursu yazın, iynə-dərmanı evdən aldırıb gətizdirək. Qardaşım bütün bu xəstəliklərə həbsdə tutulub. 2012-ci ildə orada bir xəstəliyə tutulub, müalicə etməyiblər. Həmin xəstəlikdən bir başqa xəstəlik törənib. Yardım etməyiblər 5 il ərzində. Ədliyyə Nazirliyindən tutmuş Ombudsman Aparatına, Tibb Baş İdarəsinə dəfələrlə məktublar yazıb. Gəliblər, yoxlayıblar, ört-basdır edib, göz yumub gediblər. Bununla bağlı Ədliyyə Nazirliyinə, Tibb Baş İdarəsinə, Penitensiar Xidmətə müraciətlər etmişik. Xeyri olmayıb”.

“… Rəis, bu yeməyi insan yeyər?”

İmran Həsənov bildirir ki, şikayətlərə görə qardaşına dəhşətli işgəncələr verilir: “Xəstə adamı aparıb lüt soyundurublar. Qardaşıma deyiblər ki, niyə şikayət edirsən?! Dəfələrlə əllərinə qandal vurub vəhşicəsinə döyüblər. Sonuncu dəfə fevralın 28-də asıblar qardaşımı. Həmin gün qardaşım ona verilən yeməyi götürüb və rəis müavininin yanına gedib. Deyib ki, rəis, bu yeməyi insan yeyər? Buna görə rəisin müavini Rasim müəllim, ”zampolit” Zahid müəllim vurublar qardaşımı. Dəyənəklə otaqlarında döyüblər, sonra da aparıb “kars”a salıblar, orada da döyüblər. Bizim şikayət etməyə yerimiz qalmayıb. Mən məcbur olub mətbuata üz tutmuşam. Qardaşım Azərbaycan vətəndaşıdır. Azadlıqdan məhrum edilib. Onun həyatdan məhrum edilməsinin qarşısı alınsın”.

“… Aparıb lüt soyundururlar, döyüb sol qulağını partladıblar, sol gözünü əziblər”

 

Image result for 6-cı kalonda

6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Xocalı qaçqını, şəhid ailəsinin üzvü, erməni əsirliyində olmuş Elgün Əhliman oğlu Qəhrəmanovun yaxınları da işgəncələrdən şikayətçidirlər. E.Qəhrəmanovun bibisi Rahilə Rəşid qızı Hacıyeva deyir ki, qardaşı oğlu 2012-ci ildə qonşusu ilə davaya görə həbs olunub. 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

“Anası Rəsmiyyə İntizam qızı Qarayeva yataq xəstəsidir. Qalmışıq onun dərdinə çəkək, yoxsa Elgünün üzləşdiyi zülm-zillətlə mübarizə aparaq. 2013-cü ildən 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Həmin vaxtdan yeməkxanada işləyir. Dustaqlar üçün yemək bişirir. Ailəlidir. Aparıb döyüblər, sol qulağını partladıblar. Döyənlər rəis müavini Zahid Bədəlxanov və müəssisənin digər işçiləridir. Səbəb isə odur ki, Elgün deyib ki, yemək pisdir, yeməyə heç nə yoxdur, hər şey pulladır. Belə yaşayış olmaz. Bunu görə aparıb lüt soyundurublar, döyüb sol qulağını partladıblar, sol gözünü əziblər.

İndi sol gözü həddən artıq zəifləyib. 6 ay 14 gün ailəliklə erməni əsirliyində olmuşuq, Elgünün bacısının gözünü ermənilər çıxarıb. Əmisini gözlərinin qarşısında işgəncə ilə öldürüblər. Bilirik ki, erməni düşməndir. Bəs 6-cı “kalon”da işləyənlər kimdir? Nə millətidirlər?”

“Elgün üzləşdiyi zülmlərə görə orada 2 dəfə özünü asıb”

Rahilə Hacıyeva deyir ki, qardaşı oğlunun üzləşdiyi qanunsuzluqlar, işgəncələrlə bağlı hər müraciətləri onlara daha artıq işgəncə xəbəri eşitdirir: “Şikayət yazırıq, özü yazır, gedib guya yoxlayırlar. Elgünü məcbur edirlər ki, yazsın ki, guya onun heç bir şikayəti yoxdur. Elgün üzləşdiyi zülmlərə görə orada 2 dəfə özünü asıb. Aidiyyəti qurumların rəhbərlərinin 6-cı ”kalon”da baş verən bütün bu işlərdən, dəhşətlərdən xəbəri yoxdur. Orada əməliyyatçılar Elşən, Əli, kapitan Gülhüseyn və başqaları dustaqlara divan tuturlar. Biz şikayət yazıb normal rəftar tələb etdiyimizə görə Elgünü 7 gün “kars”a salıblar. Lüt soyundurub əlləri qandallı şəkildə yorğan-döşəksiz, ac-susuz orada saxlayıblar. Allahın suyunu belə verməyiblər. Əsirlikdə olanda heç ermənilər belə etmirdilər. Heç olmaya su verirdilər. Bu dəqiqə gedib onun bədəninə baxsalar, döyülməkdən bədəni gömgöydür. Qandal qollarında ətinə keçib, yerləri qalıb. Orada pulsuz yaşamaq olmur. Pulu olmayan orada ölməlidir”.

“… Dönə-dönə xahiş edirik, 6 saylı cəzaçəkmə müəssisində baş verənləri araşdırıb...”

Image result for 6-cı kalonda

Məhkumun bibisi ölkə rəhbərliyinə müraciət edib: “Çox xahiş edirik, bu məlumatları Penitensiar Xidmətə verməyin. Çünki Elgünün şikayətlərini guya araşdırmağa göndərilən yoxlayıcılar ona təzyiq altında heç bir şikayətinin olmaması haqda yazdırılan müraciətlərə heç bir etiraz etmirlər. Elgünə deyirlər ki, istədiyimiz kimi yazmasan səni ”raskrutka”(cəza müddətinin artırılması – E.M.) edəcəyik. Gedib Elgünün müraciətini alıb işlərini bitmiş hesab edirlər. Onlar gedəndən sonra Elgünə dəhşətli işgəncələr verilir. Heç nəyə baxmırlar. Xocalı qaçqını, şəhid ailəsi kimi ölkə rəhbərliyindən dönə-dönə xahiş edirik, 6 saylı cəzaçəkmə müəssisəsində baş verənləri araşdırıb məhkumların taleyi ilə oynayan, onları ac-susuz, müalicəsiz saxlayan, işgəncə verən türmə rəhbərliyini dəyişdirib qanunla cəzalandırsınlar”.

Penitensiar Xidmətdən isə deyirlər ki…

Image result for Mehman Sadıqov

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov məhkumların yaxınlarının fikirlərinə münasibət bildirib. Deyib ki, son illər ərzində məhkumların qidalanmasına xüsusi diqqət yetirilir: “Qidaların çeşidinə fikir verilir. Yeməyin bişirilməsinə xüsusi nəzarət olunur”.
Xidmət rəisi bildirib ki, məhkumlara tibbi yardım göstərilməsi üçün də dövlət kifayət qədər vəsait ayırır: “Bizim həkimlər Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabe olsalar da, müstəqildirlər. İstər təcridxanalar, istərsə də cəzaçəkmə müəssisələrində kifayət qədər dərman preparatları var. Müalicə müəssisəsi yeni tibbi avadanlıqlarla təchiz olunub. Əgər hansısa məhkumun göstərilən tibbi yardımla bağlı narazılığı varsa, hesab edirsə ki, daha keyfiyyətli tibbi yardım ala bilər, qanun icazə verir ki, istədiyi ödənişli tibb müəssisəsinə müraciət edib orada çalışan həkimlərin xidmətlərindən istifadə edə bilər”.

M.Sadıqov deyib ki, məhkumların yaxınlarının şikayətlərində göstərdikləri məlumatları cəzaların icrasına nəzarət edən qurumlar yoxlayır və məlumatlarda göstərilənlər təsdiqini tapdığı təqdirdə müvafiq addımlar atılır: “Əgər doğrudan da belə şey varsa, günahkarlar cəzalandırılır. Qeyd edim ki, əli qandallı, rezin dəyənək və digər vasitələr var ki, onların tətbiqinə qanunla icazə verilir. Xüsusi vasitələr tətbiq olunursa, dərhal aktlaşdırılmalıdır. Aktlaşdırılmırsa, bu artıq qanun pozuntusudur”.

Xidmət rəisi deyib ki, redaksiyamıza müraciət edən məhkumların yaxınlarının dedikləri də araşdırılacaq.

Mövzuya qayıdacağıq.

Previous Post

6-cı “kalon”da dəhşətli işgəncələr haqda iddialar – məhkum yaxınları danışır

Next Post

Azərbaycan hərbi parkını gücləndirir – Qarabağ prioriteti

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Azərbaycan hərbi parkını gücləndirir - Qarabağ prioriteti

Azərbaycan hərbi parkını gücləndirir - Qarabağ prioriteti

Son xəbərlər

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

06 Avqust 2026 - 16:24
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

06 Avqust 2026 - 16:16
Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

06 Avqust 2026 - 16:08
Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

06 Avqust 2026 - 16:00
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

06 Avqust 2026 - 15:51
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

06 Avqust 2026 - 15:42
Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

06 Avqust 2026 - 15:16
Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00
Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

06 Avqust 2026 - 14:45
Azərbaycanda BOKT ləğv olundu

Azərbaycanda BOKT ləğv olundu

06 Avqust 2026 - 14:30
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

06 Avqust 2026 - 14:14
Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

06 Avqust 2026 - 14:00
Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

06 Avqust 2026 - 13:53
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

06 Avqust 2026 - 13:51
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

06 Avqust 2026 - 13:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.