"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

”5 rayon” məsələsi yenidən gündəmə qayıdır

18 Noyabr 2015 - 16:09
in XƏBƏR LENTİ
FacebookVatsap
5 rayon” məsələsi yenidən gündəmə qayıdır

Novruz Məmmədovun referendum açıqlaması diqqəti təzədən Dağlıq Qarabağın statusu məsələsinə yönəldib; “Stratfor”un iddiasına görə, Moskva ərazilərlə bağlı Bakı üçün lobbiçilik edir; “kölgə kəşfiyyatı”: “Azərbaycanın hərbi yola əl atacağı həmişə gündəmdədir”…

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

 
Etnik-ərazi münaqişələri və işğalçılıq problemi beynəlxalq terrorizm kimi qlobal təhlükəsizliyə ən güclü təhdidlərdən biri olaraq qalır. Sözsüz ki, on illərdir həll edilməmiş qalan Dağlıq Qarabağ konflikti və son qoyulmayan erməni işğalı da o sıradadır. 
Qarabağ probleminin həllinin bu xüsusda nə dərəcədə önəmli olduğunu Azərbaycan prezidenti İlham Əliyev Antalyada “Böyük iyirmiliy”in sammiti çərçivəsində etdiyi çıxışı zamanı dünyanın, G20 liderlərinin diqqətinə bir daha çatdırdı. Gec də olsa erməni işğalını aradan qaldırmağın və münaqişəyə dair BMT qətnamələrini yerinə yetirməyin zəruriliyini vurğuladı.    
Bu çağırışlar ilk növbədə Rusiyaya ünvanlanıb. Çünki istəsək də, istəməsək də Qarabağ ixtilafının həllində hələ ki əsas söz sahibi Kreml olaraq qalır. Bunun bir səbəbi də Moskvanın satellit Ermənistana güclü təsir-təzyiq rıçaqlarına malik olmasıdır. Bu üzdən şimal qonşumuzun məsələdə hər hansı hərəkətliliyi dərhal yerli və xarici təhlilçilərin diqqətini çəkir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərləri ətrafında hələ də səngiməyən siyasi ajiotaj buna sübutdur. Təhlillərdə ortaq qənaət bundan ibarətdir ki, yaxın perspektivdə Rusiya amili ciddiyə alınmadan Dağlıq Qarabağ məsələsində hansısa müsbət dönüşə nail olmaq mümkünsüzdür. 
Analitiklərə görə, Rusiya onun mühüm tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə münasibətlərinin həmişəlik qırılmaması üçün Qarabağ zonasında yeni müharibənin alovlanmasını istəmir və o səbəbə problemin həllində müəyyən irəliləyişin olmasında maraqlı görünür. Çünki Kreml onun da fərqindədir ki, status-kvonun uzun müddət indiki kimi qalması rəsmi Bakını qane etmir.
***
Bu arada ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” beyin mərkəzi yenidən mövzuya toxunub və “Dağlıq Qarabağ münaqişəsinin həlli qaçılmazdır” başlıqlı məqalə yayımlayıb (publika.az). Mərkəz onilliklər sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik irəliləyişə nail oluna biləcəyini iddia edir.
Sitat: “Hər iki ölkə bu bölgəyə iddia edir, lakin o da faktdır ki, 1994-cü ildə altı illik müharibədən sonra Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunu öz nəzarəti altına alıb. 15 il ərzində Azərbaycan Rusiyanın Ermənistana dəstəyi nəticəsində bu əraziləri geri qaytara bilməyib. Buna baxmayaraq, Qərblə Rusiyanın arasında yaranan kövrək vəziyyət tezliklə Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana qaytarılması ilə nəticələnə bilər”.
 
“Stratfor” daha sonra yazır ki, müharibədən sonrakı dövrdə münaqişə bölgəsində nisbi sakitlik hökm sürüb: “Lakin ötən ildən başlayaraq sərhəd boyu toqquşmalar gücləndi. Noyabrın 9-da Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana gözlənilməz səfərini yerli media Dağlıq Qarabağla bağlı məxfi müzakirələrin aparılması ilə əlaqələndirdi. Ola bilsin ki, bu, münaqişədə irəliləyişin müjdəsidir. Ermənistanın faktiki təhlükəsizlik qarantı olan Rusiya münaqişədə hər iki ölkə arasındakı danışıqlarda əsas vasitəçi rolunu oynayıb. Lakin indiki halda Qərbin təzyiqləri altında olan Rusiya Ermənistanın müdafiə tələblərinin artması fonunda Azərbaycanla danışıqlar aparmağa açıq görünür. Eyni zamanda Azərbaycan avropalılar üçün potensial enerji tədarükçüsüdür. Bakı isə Dağlıq Qarabağda vəziyyəti dəyişmək üçün Moskvanın lobbiçiliyindən istifadə edir”.
 
Məqalədə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirib və Rusiya ilə təhlükəsizlik və diplomatik sahəsindəki əlaqələri aktiv şəkildə genişləndirib: “Eyni zamanda Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Ermənistana ciddi təzyiqlər edir”.
“Stratfor” analitikləri konfliktin həlli üçün yeni imkanların yaradılması haqda bundan əvvəlki analizi xatırladaraq qeyd edirlər ki, problemin həllində razılıq əldə oluna bilər: “Əgər diplomatik marşrut uğursuz olacaqsa, Azərbaycanın hərbi yola əl atacağı variantı həmişə gündəmdədir. Bu yaxınlarda baş verən proseslər münaqişənin diplomatik həll yolunu mümkün edir. Noyabrın 11-də bir neçə erməni qəzeti öz mənbələrinə istinadən məlumat verdi ki, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır. Lavrovun İrəvan səfərində də bu məsələ müzakirə olunub. Plana görə, beş rayonun geri qaytarılması əvəzində Rusiya müharibənin yenidən başlamamasının zəmanəti olaraq öz qoşunlarını bölgəyə yerləşdirir, həmçinin Azərbaycanı Ermənistanın iqtisadi blokadasını aradan qaldırmağa inandırır. Rusiyanın ”Kommersant” nəşri də diplomatik mənbələrə istinad edərək yazdı ki, Laçın rayonu dəhliz olaraq saxlanılmaqla digər ərazilər qaytarılır”.
Mərkəz onu da diqqətə çatdırır ki, heç bir ölkə bu məlumatları rəsmi olaraq təsdiq etməsə də, bunu ciddi qəbul etmək üçün səbəblər var. “Məsələ ondadır ki, əvvəllər də münaqişə ilə bağlı aparılan danışıqların haqda mətbuata sızmalar olmuşdu. Lakin onların heç biri bu qədər təfsilatlı deyildi. Bundan başqa, Rusiya bu yaxınlarda Ermənistanın hava məkanının təhlükəsizliyini tamamilə öz üzərinə götürdü. Bunun Dağlıq Qarabağ münaqişəsində ərazi güzəştlərinə qarşılıq olduğu deyilir. Həmçinin bölgədə yaradılmış ”DQR”-in liderləri rus hərbiçilərinin terrorizmə qarşı mübarizədə Xankəndi aeroportundan istifadə edə biləcəyini açıqladılar”, – deyə məqalədə bildirilir.
 
“Stratfor” əlavə edir ki, mediada yayılan məlumatlar hələlik Ermənistanın əraziləri geri qaytarmağa razı olacağı demək deyil: “Çünki bu məsələ ölkədə hələ də siyasi problemdir. Sonuncu dəfə status-kvonun dəyişməsinə razılıq verən Levon Ter-Petrosyan istefa verməyə məcbur edildi. Ermənistanın hazırkı hökumətinin irəliyə doğru istənilən addımı ölkənin daha təhlükəsiz şəraitdə yaşaması deməkdir. Lakin münaqişənin sülh yolu ilə həllinə nail olunsa da, bölgədə yaşayan ermənilərin statusu daxil olmaqlab, loqistik problemlər qalacaq. Danışıqlara digər xarici oyunçular, xüsusən Türkiyə və Birləşmiş Ştatlar da qoşula bilər. Onlar istənilən diplomatik həllin tərəfdarı kimi çıxış edəcək. Çünki Ankara və Vaşinqton getdikcə diqqətini Qafqaz regionuna cəmləşdirir. Türkiyədə yeni hökumət formalaşan kimi bu ölkənin Baş naziri Əhməd Davudoğlu ilə ABŞ hərbi-dəniz qüvvələrinin rəhbərinin Bakıya səfəri də bu kontekstdə diqqət çəkdi. İnkar edilə bilməz ki, bu, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı idi. Rusiya və Ermənistan da münaqişədə qeyri-müəyyən status-kvonun qalması ilə öz mövqelərini tam qoruyub saxlaya bilmir. Buna görə də Dağlıq Qarabağ münaqişəsində dəyişikliklərin olması ehtimalı getdikcə daha aydın və şəffaf olur”.
***
Yada salaq ki, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da ötən bazar ANS telekanalına müsahibəsində 5 rayon məsələsinə toxunmuşdu. Rusiya XİN başçısı Lavrovun son İrəvan səfəri kontekstində danışıqlar prosesinin gedişini şərh edən Məmmədov bildirmişdi ki, əvvəlcə Dağlıq Qarabağ ətrafında 5, daha sonra 2 rayon boşaldıla bilər.
Sitat: “Ümumiyyətlə, Azərbaycanın əraziləri, rayonları qaytarılmalıdır. Buna heç bir şübhə yoxdur. Bizim də bununla bağlı mövqeyimiz dəyişmir və heç vaxt da dəyişməyəcək. Məsələ burada hansı mərhələlərdən keçmək lazım olmasındadır. ”Madrid prinsipləri”ndə bunların hamısı göstərilib. Azərbaycan ərazilərindən Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması bir mərhələdə ola bilər. Sonrakı mərhələdə isə 2 rayonumuz qaytarıla bilər. Tarixi hələ müəyyən olunmamış bir vaxt isə azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasından sonra orada bir referendum keçirilə bilər. Danışıqların nəticələrinin nədən ibarət olduğunu biləndən sonra biz mövqe nümayiş etdirə bilərik”.
 
Göründüyü kimi, rəsmi Bakı da ərazilərin mərhələli boşaldılması, ümumiyyətlə, problemin mərhələli həllinə tərəfdardır. Yalnız referendum məsələsi qaranlıq qalır. Çünki Dağlıq Qarabağda – Azərbaycanın ayrıca götürülmüş bölgəsində referendum keçirilməsi ölkənin konstitusiyasına ziddir. Konfliktin həllində məhək daşı da elə Dağlıq Qarabağın yekun statusudur, referenduma hansı sualın çıxarılması və onun hansı miqyasda keçirilməsi ilə bağlıdır. 
Previous Post

”5 rayon” məsələsi yenidən gündəmə qayıdır

Next Post

Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi — 35-40 milyon manatlıq müəmma

Bənzər yazılar

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

13 İyul 2026 - 14:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri...

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Next Post

Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi — 35-40 milyon manatlıq müəmma

Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi — 35-40 milyon manatlıq müəmma

Son xəbərlər

“Qarabağ”ın oyununda VAR hakimi olmuş referi vəfat etdi

“Qarabağ”ın oyununda VAR hakimi olmuş referi vəfat etdi

13 İyul 2026 - 18:53
Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir

Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir

13 İyul 2026 - 18:46
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

13 İyul 2026 - 18:29
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

13 İyul 2026 - 18:20
İran region ölkələrinə xəbərdarlıq etdi: ABŞ-a verilən logistik dəstək təhdid sayılacaq

İran region ölkələrinə xəbərdarlıq etdi: ABŞ-a verilən logistik dəstək təhdid sayılacaq

13 İyul 2026 - 18:15
Avropa İttifaqı ABŞ və İran arasında danışıqların bərpasına çağırış ediblər

Avropa İttifaqı ABŞ və İran arasında danışıqların bərpasına çağırış ediblər

13 İyul 2026 - 17:58
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul 2026 - 17:46
Netanyahu Trampla ayrıca görüş təyin olunmayana qədər ABŞ-yə getmək istəmir

Netanyahu Trampla ayrıca görüş təyin olunmayana qədər ABŞ-yə getmək istəmir

13 İyul 2026 - 17:34
“Zabit ixtisas kursu”nun növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

“Zabit ixtisas kursu”nun növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

13 İyul 2026 - 17:25
Çempionlar Liqasının qalibi Fransa millisinin üzvünü transfer edə bilər

Çempionlar Liqasının qalibi Fransa millisinin üzvünü transfer edə bilər

13 İyul 2026 - 17:18
Tramp: İyulun 12-də İranla razılıq əldə olunmuşdu, lakin son anda düzəliş tələb etdilər

Tramp: İyulun 12-də İranla razılıq əldə olunmuşdu, lakin son anda düzəliş tələb etdilər

13 İyul 2026 - 17:10
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

13 İyul 2026 - 16:59
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü

13 İyul 2026 - 16:48
Tramp ABŞ-ın Hörmüz boğazını nəzarətə götürdüyünü bildirib

Tramp ABŞ-ın Hörmüz boğazını nəzarətə götürdüyünü bildirib

13 İyul 2026 - 16:35
Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

13 İyul 2026 - 16:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.