46 məhbus cəbhədə döyüşmək xahişi ilə prezidentə müraciət edib

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlar öz müraciətlərində dövlətimizin yürütdüyü siyasəti, sosial-iqtisadi inkişafı, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatları dəstəklədiklərini, Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında ölkə başçısının qətiyyətli çıxışını rəğbətlə qarşıladıqlarını vurğulayıblar.
Məhkumlar, o cümlədən aralarında döyüş potensialına malik xeyli gəncin olduğunu və torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə yollanmağa hazır olduqlarını bildiriblər.
Müraciətdə həmçinin qeyd olunur: “Hörmətli cənab Prezident! Əgər Siz Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatçılarının son günlərdə törətdikləri azğınlıqlara qarşı hərb əmri versəniz, bizim də ön cəbhələrdə döyüşməyə hazır olmağımızı nəzərə almağınızı dönə-dönə Sizdən xahiş edirik. Biz daim Sizi dəstəkləyir və uğurlar arzulayırıq!”
Ərizə ilə müraciət edənlərin siyahısı:
1. Fətiyev Nazim Kamandar oğlu 2. Əhmədov Qardaş İnqilab oğlu 3. Məmmədov Rafiq Arif oğlu 4. Süleymanov Elxan Pirverdi oğlu 5. Hüseynov Ələkbər Məmmədhüseyn oğlu 6. Hüseynov Zakir Əhməd oğlu 7. Əliyev Əziz Vətən oğlu 8. Vəlişov Fəqani Qədir oğlu 9. Musayev Mirzə Qurban oğlu 10. Musayev Musa Qurban oğlu 11. İmanov Əjdər Əlimusa oğlu 12. Məmmədov Vüsal Əlövsət oğlu 13. Tağıyev Rövşən Məhəmməd oğlu 14. Hüseynov Zabul Habil oğlu 15. Xurşudov Əliqardaş Kazım oğlu 16. Əhmədov Mehdi Adiş oğlu 17. Yarıyev Tələt Qədir oğlu 18. Nəzərov Bəxtiyar Ağasəf oğlu 19. Məmmədov İlkin Nadir oğlu 20. Həsənov Rafiq Baxtı oğlu 21. Əliyev Rövşən Süleyman oğlu 22. Abdullayev Kərəm Müştəba oğlu 23. Azayev Vaqif Emin oğlu 24. Vəlixanov Nəriman Kamil oğlu 25. Şahbazov Zamiq Hüseyn oğlu 26. Şahniyarov İsa Tofiq oğlu 27. Feyziyev Aydın Xanhəsən oğlu 28. Kərimov Elçin Hamlet oğlu 29. Davudov Əliniyaz Kərim oğlu 30. Əzimov İlkin Telman oğlu 31. Məmmədov Şahlar Sabir oğlu 32. Bədəlov Şövqi Rahim oğlu 33. Cəfərov Aydın İsaməddin oğlu 34. İlyasov Həzrətəli Aslan oğlu 35. Mehdiyev Ağa Sabir oğlu 36. Cəfərov Etibar Cəfər oğlu 37. Cəfərov Nəsimi Yaqub oğlu 38. Yaqubov Kamal Yaqub oğlu 39. Şahmarov Saley Valey oğlu 40. Əliyev Elbrus Əmirxan oğlu 41. Məmmədov Əliniyaz Əlihəsən oğlu 42. Abdullayev Yusif Xəlil oğlu 43. Həsənov Ələskər Zahid oğlu 44. Həsənov Bəylər Zahid oğlu 45. Xubaliyev Sərrab Şəkərəli oğlu 46. Əlizadə Samir Rəhim oğlu