Kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal edilən və sıradan çıxan “Azersky” peyki ilə bağlı dəyən ziyan “PAŞA Sığorta” şirkəti tərəfindən qarşılanacaq.
Elchi.az xəbər verir ki, bu barədə Fed.az-a sığorta şirkətindən bildirilib.
Qeyd edilib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb.
Artıq dəyən ziyanın ödənilməsi ilə təkrarsığorta şirkəti ilə razılıq əldə olunub. 45 milyon manat həcmində zərər ötürülən risklərin nisbətinə görə həm “PAŞA Sığorta”, həm də xarici təkrarsığorta şirkəti arasında bölüşdürüləcək.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “PAŞA Sığorta” ilə ötən ilin sonunda “Azersky” peykinin sığortalanması ilə bağlı bir illik müqavilə bağlayıb.
Ukrayna və Türkiyə taxıl müqaviləsinin bərpasını müzakirə ediblər
Türkiyənin müdafiə naziri Yaşar Gülər və ukraynalı həmkarı Rustem Umerov görüşdə taxıl müqaviləsinin bərpası üçün tədbirləri müzakirə ediblər. Elchi.az xəbər...