"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

4 günlük blits-savaşın əsas yekunu – dünyaya mesaj, düşmənə dərs…

06 Aprel 2016 - 10:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

4 günlük blits-savaşın əsas yekunu – dünyaya mesaj, düşmənə dərs...Müharibə dayandı, amma bitmədi…; Şəhid qanı ilə möhkəmlənən qələbə əzmi, sındırılan “məğlubiyyət sindromu”, daha nələr…; Azərbaycan Qarabağ məsələsində son sözün ona məxsus olduğunu dünyaya nümayiş etdirdi; erməni nəşrindən iddia: “Rusiya rayonları qaytarmaq üçün Ermənistanı dilə tutur…”

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-dən başlayan hərbi əməliyyatlarda qarşılıqlı razılıq əsasında növbəti atəşkəs əldə olundu. Belə görünür, bunda ən çox düşmən tərəf maraqlı idi. Hər halda, erməni KİV-lərindəki bədbin ab-havadan bunu sezmək çətin deyildi. Təbiidir, çünki işğalçı  tərəf hər gün daha ağır itkilərlə üzləşməkdə idi.
 
Əlbəttə ki, yaxşı olardı ki, atəşkəs rejimi ən azı, bir rayonumuzun işğalçıdan azad olunmasından sonra qüvvəyə minəydi. Amma Azərbaycan prezidenti İlham Əliyev də atəşkəsə bir şərtlə razılıq verildiyini bəyan elədi: “İşğalçı tərəf bundan istifadə eləməsin və ərazilərimizdən rədd olub getsin!..”
Bununla belə, 4 günlük müharibənin ölkəmiz üçün əsas pozitiv nəticəsi, bizcə, budur ki, Azərbaycan 22 illik atəşkəs dövründə ilk dəfə hərbi gücə əl ataraq ağır itkilər bahasına da olsa dünyaya, işğalçıya, onun havadarlarına, xüsusən də Rusiyaya nümayiş etdirdi ki, dövlət, millət olaraq öz ərazilərinin, Qarabağın işğalı ilə barışmayıb, heç vaxt barışmayacaq və bu yolda qələbə əzmini də saxlayır. 
 
Bütün dünyaya xatırlatdı ki, bu millət, onun dövləti və ordusu birlikdədir, yekdildir və torpaqlarının azadlığı yolunda hər şeyə hazır və qadirdir.   
 
Bu günlər həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyi məsələsi kifayət qədər ciddiliyi ilə beynəlxalq ictimaiyyətin gündəminə gəldi. Əksər ölkələr (Türkiyə, İran, Pakistan, Ukrayna, Belarus, Gürcüstan,bir çox Avropa ölkələri) və nüfuzlu qurumlar ərazi bütövlüyümüzə sayğı nümayişi etdirən bəyanatlar yaydılar, sərhədlərin zorla dəyişdirilməsinə qarşı öz etiraz səslərini qaldırdılar.
İkinci mühüm nəticə Azərbaycan Ordusunun işğalçı ordu üzərində texniki, hazırlıq və başqa göstəricilərə görə  üstünlüyünün təsdiqlənməsi idi – hansı məqamı ki, bir sıra Qərb və rusiyalı hərbi ekspertlər döyüş əməliyyatlarının gedişindəcə qeyd eləmişdilər. Bu da ilk növbədə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı sayəsində mümkün olub və bu əməkdaşlıq sözsüz ki, indi daha da dərinləşəcək.
Azərbaycan özünün blits-zəfəri ilə həmçinin işğalçı ölkənin arxayınçılığına son qoymuş oldu, “yumsaq güc” nümayişi ilə ona və onun havadarlarına mesaj və dərs verdi ki, növbəti və daha əlverişli regional şərtlər yetişən kimi ona daha sarsıdıcı və sonuncu həlledici zərbəni endirəcək. Özü də bu zərbə uzaq tarixə qalmayacaq – çox şey blits-müharibədən öncəliklə Minsk Qrupu həmsədrlərinin hansı nəticə çıxaracağından asılı olacaq.
Əgər onlar ənənəvi şəkildə işğalçı ilə işğala məruz qalan tərəfə eyni gözlə baxaraq, BMT TŞ-nin, Avropa Şurası və Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, digər mötəbər təşkilatların Dağlıq Qarabağa dair dünya birliyinin iradəsini əks etdirən qətnamələrini qulaqardı edəcəksə, o zaman həlledici savaş özünü çox gözlətməyəcək. Azərbaycanın milli maraqları üçün bir qiymətli mesaj-çatdırış da bundan ibarətdir.
Məsələ də ondadır ki, kimin, hansı qüvvənin rəvac verməsindən asılı olmayaraq, Azərbaycanın son 4 gündə düşmənə endirdiyi sarsıdıcı zərbə həm də danışıqlar prosesində status-kvonu xeyrimizə dəyişməyə yönəlmişdi və əslində bu hədəfə də müəyyən mənada nail olundu. Bu da blits-zəfərin başqa bir uduşu sayıla bilər. Hər halda, bundan sonra Azərbaycanın əsas probleminə beynəlxalq birliyin, vasitəçi dövlətlərin daha həssas yanaşmasını gözləməyə dəyər.
Yeri gəlmişkən, məhz dünən – atəşkəs günündə Rusiya xarici işlər nazirinin sabah gözlənilən Bakı səfəri Ermənistan KİV-lərinin əsas mövzusu olub. “Aykakan Jamanak” qəzetinin yazdığına görə, Qarabağ konflikti ətrafında artıq yeni pərdəarxası proses başlayıb.
“Söhbət Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hakimiyyətə yaxın mənbənin iddiasına görə, Rusiya bundan ötrü Ermənistanı dilə tutmağa çalışır, əvəzində isə Azərbaycanın Avrasiya Birliyinə qoşulacağına ümid edir” – nəşr qeyd edib.
***
4 günlük müharibə habelə uzun illər milləti içəridən yeyən “məğlubiyyət sindromu”ndan nəhayət ki, onun böyük ölçüdə çıxmasını təmin etdi, toplumu qısa zamanda toparlayıb bir araya gətirməklə, onda qəti qələbəyə inamı və əzmi birə-on möhkəmlətdi, millətin belini və başını dikəltdi.
 
Adekvat surətdə düşməndə məğlubedilməzlik mifini dağıtdı. Xocalı canisi Serj Sərkisyanın “kompomislərə hazırıq” deməsi sözsüz ki, ən əvvəl bunun təzahürü idi. Azdır? 
 

 
Əlbəttə ki, müharibədə şəhid də olacaq, başqa itki və məhrumiyyətlər də. Bu yerdə “bunca şəhid verməyə dəyməzdi” deyən bəzi skeptiklərin qənaəti ilə razılaşmaq çətindir. Onların məntiqinə görə, 1994-cü ilin 12 mayına – atəşkəsədək olan şəhidlərimiz də boşuna vuruşubmuş.
Allah şəhidlərimizə rəhmət eləsin, amma əlbəttə ki, belə deyil. Şablon çıxmasın, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu mənada bir neçə kəndin, yüksəkliyin geri alınması yuxarıda sadalanan pozitivlər və böyrümüzdəki yırtıcı Rusiya amilinin mövcudluğu fonunda balaca uğur deyil, bütövlükdə düşməndən üstün olduğumuzun təsbitidir.
Digər yandan, niyə unudulur ki, işğalçı daha çox itki verib? Düşünmürük ki, erməni anaları buna görə Sərkisyanın başını tumarlayacaqlar…
 
Bu savaşın başqa pozitiv yekunu kimi, bölgəyə, Azərbaycana “sülhməramlı” bəhanəsi ilə hərbi qüvvə yerləsdirmək üçün əldən gedən Rusiyaya bəhanə verilməməsi də nəzərdən qaçırılmamalıdır. Çünki sonuncu eskalasiyanın arxasında “rus barmağı”nın olması haqda ciddi dəlillər var idi… 
Rusiyanın Azərbaycanda öz hərbi mövcudluğunun bərpası isə nəinki Dağlıq Qarabağın, bütövlükdə Azərbaycanın suverenliyinin itirilməsinə gətirərdi. Hələ ki bunların heç biri baş verməyib və yenə son söz Azərbaycan xalqının olaraq qalır. Blits-savaşın daha bir mühüm yekunu budur.   
Zahid SƏFƏROĞLU 
Previous Post

4 günlük blits-savaşın əsas yekunu – dünyaya mesaj, düşmənə dərs…

Next Post

Ermənilər atəşkəs razılaşmasını pozdu

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post

Ermənilər atəşkəs razılaşmasını pozdu

Ermənilər atəşkəs razılaşmasını pozdu

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.