"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

30 ölkənin 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş onlayn tədbir keçirilib

03 Fevral 2026 - 20:06
in İQTİSADİYYAT, DÜNYA
FacebookVatsap

Dünyanın 30 ölkəsindən 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş “Parlamentlərin dayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanın təşviqində rolu” mövzusunda beynəlxalq onlayn tədbir keçirilib.

Bunu da oxuyun

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

Neft yenə 105 dollara yaxınlaşır

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Elchi.az xəbər verir ki, 30 yanvar tarixində keçirilən tədbirin əsas məqsədi iştirakçıları WUF13-ün əsas məqsədləri və proqramı barədə məlumatlandırmaq və WUF13-də parlamentlərin iştirakının təşviqinə töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikası Milli Məclisinin və Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirdə parlament üzvləri ilə yanaşı UN-Habitat və digər ixtisaslaşmış agentliklərinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasda iştirak etdiklərinə görə təşəkkür edib. Açılışda xüsusi qonaq qismində Dominika Birliyinin Ətraf Mühit, Kəndlərin Müasirləşdirilməsi və Kalinago İcmasının İnkişafı naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən, mövcud çağırışlardan və Dominika parlamentinin tikinti normaları, zonalaşdırma qanunları və planlaşdırma sistemlərində gördüyü işlərdən danışıb.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən WUF13 haqda təqdimat edilib, Azərbaycanın WUF13 çərçivəsində irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili olunacağı haqda məlumat verilib, şəhərsalma forumlarında parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb.

Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir. Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır. Biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq”.

Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.

Previous Post

Braziliyada avtobus qəzasında ən azı 15 nəfər ölüb

Next Post

Avtomatik qaralama

Bənzər yazılar

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21

NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. Elchi.az xəbər verir ki,...

Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42

Dünya bazarlarında neft bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 104,72 dollara, yüngül neftin bir barreli...

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

10 Oktyabr 2026 - 10:30

Cənubi Koreyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Pak Ki Çhan Kiyevi tərk edərək ölkəsinə qayıdıb. Elchi.az "Yonhap" agentliyinə istinadla xəbər...

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Next Post

Avtomatik qaralama

Ərdoğan: Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır

Ərdoğan: Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.