"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“30 min xərcim çıxdı”- keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin məhkəməsi

03 İyun 2019 - 17:56
in CƏMİYYƏT
FacebookVatsap

Keçmiş həyat yoldaşını aliment mübahisəsinə görə bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Bunu da oxuyun

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

Sabahın havası açıqlanıb

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.

Məhkəmədə elan olunub ki, Mehdi Piriyevin bıçaqladığı Ülviyyə Məmmədova hələ də müalicə alır və səhhətindəki problemlərə görə məhkəmədə iştirak edə bilmir.

Prosesin davamında zərərçəkmişin anası, hüquqi varis kimi tanınan Gülizar Məmmədova ifadə verib.

Gülizar Məmmədova deyib ki, qızı boşandıqdan sonra uzun müddət aliment ala bilməyib. Problem və mübahisələr də bundan sonra başlayıb.

Hadisə günü baş verənlərdən danışan G.Məmmədova söyləyib ki, nəvəsi ilə evdə olarkən həyətdə səs-küy eşidib:

“Qışqırtı səsi gələndə pəncərəyə tərəf qaçdıq. Həyətdə Mehdinin kiçik qardaşını qaçanda gördüm. Qızım yerdə uzanmışdı. Mən qışqırdım ki, balamı öldürürlər. Sonra həyətə qaçdıq. Qızım qanın içində yerdə uzanmışdı. Mən çox qışqırdım ki, köməyə gəlin. Amma heç kim yox idi. Sonra Mehdinin qardaşları gəldi. Qızımı maşına mindirdilər. Mən də maşına minib xəstəxanaya gəldik. Mehdinin böyük qardaşı maşında mənə dedi ki, bilmirdiniz ki, alimentə görə maşına həbs qoyduranda belə olacaq?”.

Suallara cavab verən Gülizar Məmmədova qızının müalicəsinə 30 min xərclədiyini deyib. O bildirib ki, Mehdi Piriyevin ailəsi müalicə üçün 3 min manat xəstəxana xərclərinə kömək edib.

Gülizar Məmmədova əlavə edib ki, qızın keçmiş həyat yoldaşı ilə qonşudular.

Məhkəmədə şahid qimsində Mehdi Piriyevin böyük qardaşı Rövşən Piriyev də ifadə verib.

Rövşən Piriyev zərərçəkmişin anasının dediklərindən fərqli olaraq hadisə vaxtı həyətdə olmadığını deyib.

O bildirib ki, hadisənin baş verməsini ona oğlu deyib:

“Evdə idim. Oğlum çağırdı ki, tez həyətə gəl. Qaçaraq həyətə getdik. Maşının yanında Ülviyyənin yerdə uzandığını gördük. Qardaşım da maşını gətirdi. Mən Ülviyyəni qucağımda maşının arxasında qoydum. Ülviyyəni anası da maşına mindi. Təcili olaraq “Semaşko”ya çatdırdıq”.

Suallara cavab verən Rövşən Piriyev həmin vaxt qardaşı Mehdinin orada olmadığını, hadisə yerindən uzaqlaşdığını deyib.

O, əlavə edib ki, maşında olarkən hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Ülviyyənin anasına heç nə deməyib.

Rövşən Piriyev əlavə edib ki, qardaşının keçmiş həyat yoldaşı ilə mübahisəsi alimentin ödənməməsinə görə olub.

Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, hadisə Abşeronda baş verib. Mehdi Piriyev boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək, onu bir neçə yerdən bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub. Boşanan cütlüyün iki övladı var.

M.Piriyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Previous Post

“30 min xərcim çıxdı”- keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin məhkəməsi

Next Post

Saakaşvili Gürcüstana qayıdır – Tarix açıqlandı

Bənzər yazılar

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post
Saakaşvili Gürcüstana qayıdır – Tarix açıqlandı

Saakaşvili Gürcüstana qayıdır – Tarix açıqlandı

Bakcell “1 iyun”u uşaqlarla birgə qeyd etdi – FOTO

Bakcell “1 iyun”u uşaqlarla birgə qeyd etdi – FOTO

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.