3 yaşlı uşaq paltaryuyan maşında ölü tapıldı

34

Parisdə bir ailədə ata, ana və övladları nahar etdikdən sonra digər uşaqlarının yoxluğun hiss ediblər. Bütün ailə onu mənzildə və binanın kənarında axtarmağa başlayıb. Dərhal qonşulardan kömək istəyiblər, amma axtarışlar nəticə verməyib. Axşam saatlarında evə gəldikdən sonra mənzildə paltaryuyan maşında dəhşətli mənzərə ilə rastlaşıblar, qız uşağı orada ölü tapılıb.

Elchi.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzetində yazılıb.

Ata qızını tapdıqdan sonra təcili tibbi yardım çağırıb, lakin gecə saat 23:30-dan az sonra uşaq dünyasını dəyişib. 48 yaşlı atanın ifadəsinə görə, ailə üzvləri onu tapanda paltaryuyan maşının qapısı bağlı olub.

İlkin araşdırmalar hadisənin boğulma ilə bağlı ola biləcəyini və onun bədənində heç bir fiziki zorakılıq əlamətlərinin olmadığını göstərir. Hələ ki, meyit üzərində yarılma aparılmayıb.,Bakupost.az