Ciddədə güclü yağışlar səbəbindən təlim və uçuşlar dayandırıldı

34

Səudiyyə Ərəbistanı şiddətli yağışlar səbəbindən Ciddə şəhərində təlim və uçuşların dayandırıldığını, Məkkədə bəzi yolların və tunellərin bağlandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ciddə Təhsil Müdirliyindən verilən açıqlamaya görə, şiddətli yağış zamanı “şagirdlərin təhlükəsizliyini qorumaq üçün” şəhərdəki bütün məktəblərdə təhsil dayandırılıb.
Kral Əbdüləziz Universiteti də yağışlı hava ilə əlaqədar təhsilin dayandırıldığını açıqlayıb.
Bundan əlavə, Ciddə Kral Əbdüləziz Beynəlxalq Hava Limanının Twitter hesabından hava şəraiti ilə əlaqədar bəzi reyslərin təxirə salındığı bildirilib.
Məkkə Əmirliyi Mükərrimə də güclü yağış səbəbindən bölgədəki əsas yolu və bəzi tunelləri bağlamaq qərarına gəlib.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi ölkənin müxtəlif bölgələrində, o cümlədən Məkkə və Mədinədə güclü yağış və küləklə bağlı xəbərdarlıq edib.

Şayəstə