2022-ci ildə Rusiyanın büdcə kəsiri 3,3 trilyon rubl

56

Siluanov izah edib ki, bu, maliyyə bazarından vəsaitlərin cəlb edilməsinin həcminin artması ilə əlaqədar baş verib.
Elchi.az xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, ötən il Rusiyanın büdcə kəsiri 3,3 trilyon rubl təşkil edib ki, bu da ölkənin ÜDM-nin 2,3%-nə bərabərdir.
“Biz maliyyə bazarından vəsaitlərin cəlb edilməsinin həcmini artırmışıq, bunun nəticəsində büdcə kəsirimiz artıb. Bu kəsir 3,3 trilyon rubl və ya ÜDM-in 2,3%-ni təşkil edib”, – Rusiya hökumətinin iclasında Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Siluanovun sözlərinə görə, 2022-ci ildə ölkədə büdcə gəlirləri planı artıqlaması ilə yerinə yetirilib – onların ümumi məbləği demək olar ki, 28 trilyon rubl təşkil edib. Bu, hökumətin planlaşdırdığından 2,8 trilyon rubl çoxdur. Nazirin izah etdiyi kimi, gəlir artımı enerji məhsullarının satışı, eləcə də ötən ilin müəyyən dövrlərində tələbatın artması nəticəsində əlavə dəyər vergisinin artırılması hesabına əldə edilib.

Şayəstə