2021-ci ilin dövlət büdcəsinin icrası Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili tərəfindən təqdim olunur.
İclasda hökumət üzvləri şəxslər iştirak edir.
Layihəyə əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb. Elchi.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir...





















Son şərhlər