"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“2018-də yeni “Rüstəm İbrahimbəyov ssenarisi” ortaya çıxarıla bilər”- İDDİA

24 May 2017 - 10:15
in SİYASƏT MANŞET
FacebookVatsap

Moskvanın Azərbaycanda seçkiyə hazırlaşdığı barədə iddialar
2013-cü ildə keçirilən prezident seçkilərinə təxminən bir il qalanda tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov siyasi meydanda parlamağa başladı və qısa zamanda elə bir proses həyata keçirildi ki, İbrahimbəyov ənənəvi müxalifət düşərgəsinin əksər hissəsi tərəfindən lider qəbul edildi. Ardınca Rusiyadakı Azərbaycan əsilli bir qrup məşhur adamın daxil olduğu “Milyarderlər ittifaqı” yaradıldı. Beləliklə, get-gedə aydın oldu ki, Rüstəm İbrahimbəyov, “Milyarderlər ittifaqı” və Milli Şura Moskvanın Azərbaycandakı prezident seçkiləri öncəsi təşkil etdiyi layihədir. Bununla Azərbaycan iqtidarına təzyiq etmək məqsədi güdülüb.
Qarşıda Azərbaycanı növbəti prezident seçkisi gözləyir. Növbədənkənar prezident seçkiləri təyin edilməyəcəksə növbəti prezident seçkisinə 1 ildən bir qədər artıq zaman qalıb. Seçkiyə yaxınlaşdıqca Rusiyadan yeni bir “Rüstəm İbrahimbəyov ssenarisi” işlənə və növbəti bir “İbrahimbəyov” meydana çıxarıla bilərmir?
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, əgər 2018-ci ildə prezident seçkiləri keçiriləcəksə, o zaman Azərbaycanda istənilən siyasi proseslərdə aktyor olmağa alışmış Rusiya təbii ki, sakit dayanmayacaq: “Moskva hansısa istəklərini reallaşdırmaq üçün Azərbaycanda seçkiləri həmişə fürsət kimi görür. Növbəti seçkilərdə də ənənəvi davranışı nümayiş etdirə bilər. Əvvəlcə hansısa şəxsi önə verib onun ”təhlükəli rəqib” obrazını yarada və hakimiyyəti bu yolla sıxışdıra bilərlər. Nəzərdə tutduqları hansısa maraqları təmin etdikdən sonra isə proyekti bir kənara qoya və hakimiyyətin namizədinə ən azından loyal yanaşa bilərlər. Keçən dəfəki seçkidə demək olar ki, belə bir ssenari həyata keçirilmişdi. Bu dəfə də buna bənzər ssenarinin olmayacağını əminliklə söyləmək mümkün deyil. Ancaq bu dəfə ssenarinin sonda özünü hakimiyyətin namizədinə dəstək verilməsi ilə yekunlaşması hakimiyyətlə Rusiya arasında əldə olunacaq razılıqdan asılı olacaq. Hələliksə müşahidələr onu göstərir ki, belə bir razılıq əldə olunmayıb. İstər Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, istərsə də ordudakı casus əməliyyatında sətraltı Rusiyanın adının hallandırılması aradakı narazılıqların açıq nümunəsidir. Məlum məsələdir ki, münasibətlər bu istiqamətdə gedərsə Rusiyanın sonadək öz namizədi olacaq. Bu namizədin kimliyi isə seçkilər yaxınlaşdıqca daha aydın bilinəcək. Düzdür, düşünürəm ki, artıq Rusiyada fəaliyyət göstərən iş adamlarından birinin adı bu və ya digər formada bu rolda hallanır. Özü bunu inkar etsə də hakimiyyətə yaxın informasiya mənbələrində ona olan hücumlar düşündüklərimizi təsdiq edir. Rusiyanın 2018-ci il prezident seçkilərində aktiv iştirakçı olacağı dəqiqdir. Bu iştirakın hansı formada olacağı isə seçki yaxınlaşdıqda aydın olacaq. İndidən nə isə dəqiq fikir demək olmur. Zamanla bunun konturları daha aydın görünəcək”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, “Rüstəm İbrahimbəyov ssenarisi” müxalifət düşərgəsinin məlum qanadının da daxil olduğu ən pis və ən uğursuz ssenari idi. Həmin ssenari sonda müxalifətin zərərinə, hakimiyyətin xeyirinə işlədi: “2018-ci il seçkiləri əvvəlki seçkilərdən fərqli olaraq gərgin keçəcək. Ona görə yox ki, müxalifət birləşib güclü namizədlə çıxacaq. Bu seçkini gərgin edəcək əsas səbəblər region uğrunda böyük dövlətlərin və hakimiyyətdaxili qruplaşmalar arasında ziddiyyətlərin dərinləşməsi, iqtidardaxili müxalifətin mübarizəyə qoşulması olacaq.
Bununla yanaşı Moskva yeni “İbrahimbəyov ssenarisi” hazırlasa belə, zənn etmirəm ki, Azərbaycanda iqtidar dəyişikliyində maraqlı olsun. Həlledici anda Rüstəm İbrahimbəyovu oyundan çəkdilər, müxalifət düşərgəsi oyunda uduzduruldu, hakimiyyətin namizədinin önündə güclü rəqib olmayan bir vəziyyət yaradıldı. Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhd Qərbdən gələ bilər ki, bunu da hələ işartıları gözlə görünəcək qədər zəifdir. Qərbin buna getməsi üçün isə ilk növbədə daxildən təşəbbüs gəlməli, demokratik düşərgədə canlama baş verməli, düşərgə özünün alternativ olmasına diqqəti cəlb edə bilməlidir. Hələlik isə bu da müşahidə edilmir”.

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Previous Post

“2018-də yeni “Rüstəm İbrahimbəyov ssenarisi” ortaya çıxarıla bilər”- İDDİA

Next Post

Daha bir dövlət müəssisəsi ləğv olundu

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Daha bir dövlət müəssisəsi ləğv olundu

Daha bir dövlət müəssisəsi ləğv olundu

Son xəbərlər

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

05 Sentyabr 2026 - 11:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.