"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

2018-ci ildə bu rayonların pulu kəsiləcək

24 Oktyabr 2017 - 16:27
in İQTİSADİYYAT
FacebookVatsap
2018-ci ildə bu rayonların pulu kəsiləcək
Yaxın günlərdə parlamentdə Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi üzrə müzakirələr başlayacaq.

Elchi.az FED.az-a istinadən xəbər verir ki, artıq büdcə layihəsi parlamentə təqdim edilib və dövlət başçısının əvvəlcədən bildirdiyi kimi, 2018-ci ilin büdcəsi bu ilin büdcəsindən daha böyükdür.

Bunu da oxuyun

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

İlkin layihəyə görə (adətən, parlament müzakirələrində layihə ya heç dəyişmir, ya da bura cüzi əlavələr edilir) 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 20%  artıqdır. Büdcənin xərcləri isə 20 905,7 milyon manat və ya 2017-ci illə müqayisədə 16,5% artıq olacaq.

Rayonlara ayrılan pullar artıb, amma hamıya yox

Büdcə layihəsinə görə, rayon və şəhərlər mərkəzi büdcəyə 7 milyard 145,3 milyon manat ödəyəcəklər. Bu, 2017-ci illə müqayisədə 663,6 milyon manat və ya təqribən 10% artıqdır.

Rayon və şəhərlərdən mərkəzi büdcəyə ödəniləcək məbləğin 6 milyard 985,1 milyon manatı Bakının, 160 milyon manatdan bir qədər artıq hissə isə digər rayonların payına düşür.

Mərkəzləşmiş büdcədən isə rayonlara 2018-ci ildə 73,4 milyon manat ödəniləcək ki, bu 2017-ci illə müqayisədə təqribən 5 milyon manat çoxdur.

“Özünü dolandıran” rayonlar

Azərbaycanda elə rayon və şəhərlər var ki, onların yerli gəlirləri həmin rayonların saxlanması üçün tələb olunan xərclərdən artıq olduğuna görə, əlavə məbləğ mərkəzi büdcəyə köçürülür. Bəzi rayonların  gəlirləri isə özlərini dolandırmağa kifayət etmədiyi üçün mərkəzi büdcədən onlara lotasiya ödənilir.

2018-ci ilin proqnozlarına görə, ölkədə Xankəndini çıxmaqla, 65 rayon və şəhərdən 34-ü mərkəzi büdcədən pul almayacaq. Bu elə 2017-ci ildə olduğu kimidir. Bu rayonlardan bəziləri bütün gəlirlərini özlərinə xərcləcəyəcək, ya da artıq məbləği mərkəzi büdcəyə keçirəcəklər.

“Büdcə hesabına dolanan” rayonlar

31 rayon və şəhər isə hələ də mərkəzi büdcəyə möhtacdır, yəni dediyimiz kimi, onların gəlirləri xərclərini ödəmir.

2018-ci ildə bu rayonların siyahısı dəyişməsə də, onların mərkəzi büdcəyə ödəyəcəyi və ya büdcədən alacaqları məbləğlər dəyişib.

Büdcəyə pul ödəyəcək rayonların siyahısı dəyişib

Bəzi rayonlar özlərini dolandırmaqla yanaşı, mərkəzi büdcəyə də pul ödəyəcəklər. Belə rayonların sayı 28-dir. Yeri gəlmişkən, ötən illə müqayisədə belə rayonların sayı azalıb. Belə ki, əgər 2017-ci ildə Bərdə, Göyçay, Neftçala və Salyan da öz gəlirlərindən mərkəzi büdcəyə pul ödəyəcəkdisə, artıq bu il onların bu öhdəliyi olmayacaq. Əvəzində İsmayıllı, Qusar, Şabran rayonların 2018-ci ildən başlayaraq özlərini dolandırmaqla yanaşı, mərkəzi büdcəyə də pul ayıracaqlar. İsmayıllı 909 min manat, Qusar 198 min manat, Şabran isə 137 min manat mərkəzi büdcəyə pul ödəyəcək.

Bəzi rayonların büdcə yükü dəfələrlə artıb

Bundan başqa, yeni büdcə layihəsində bəzi rayon və şəhərlərin mərkəzi büdcəyə ödənişləri kəskin artırılıb. Belə ki, əgər 2017-ci ildə Mingəçevir mərkəzi büdcəyə 1,7 milyon manat ödəməli idisə, 2018-ci ildə bu məbləğ 5 dəfədən də çox artaraq, təqribən 9 milyon manata çatıb.

Yevlaxın büdcə yükü isə təqribən 2 dəfə artaraq, 8,5 milyon manata yüksəlib. Ən böyük artım Astarada baş verib. Layihəyə görə, Astara rayonu gələn il mərkəzi büdcəyə 2 milyon 357 min manat ödəməlidir. Bu isə 2017-ci illə müqayisədə 13,5 dəfə artıqdır. Şamaxı, Qazax və Qubudlının da büdcə öhdəlikləri təqriğən 2 dəfə artırılaraq, müvafiq olaraq 437 min manat, 339 min manat və 454 min manata çatdırılıb.

Turistlərin Qəbələyə axını da büdcə müəlliflərinin nəzərindən qaçmayıb, nəticədə Qəbələnin büdcə yükü 1,6 milyon manat artırılaraq, 8 milyon manatı keçib.

Lider Sumqayıtdır

Bakını nəzərə almasaq, mərkəzi büdcəyə ən çox pul ödəyən şəhər Sumqayıt (42,5 milyon manat), Abşeron rayonu (22,9 milyon manat), İmişli (14,8 milyon manat), Gəncə (12 milyon manat), Mingəçevir (9 milyon manat), Yevlax (8,5 milyon manat), Şirvan (8,3 milyon manat), Qəbələ (8 milyan manat) və Quba (5 milyon manat) rayonlarıdır.

Mərkəzi büdcədən ən çox dotasiya alan rayonlar

Mərkəzi büdcədən ən çox pul alan rayonların siyahısına isə Ağdam başçılıq edir – 5,3 milyon manat. Sonrakı yeri Gədəbəy və Qax (4,1 milyon manat), Laçın (3,8 milyon manat) və Şəmkir rayonları tutur.

4 rayonun pulu azalacaq

2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, mərkəzi büdcədən dotasiya alan, demək olar ki, bütün rayonların payı artırılıb. Əvəzində, 4 rayonun xərclərinin azaldılması nəzərdə tutulub. Bunlar Cəbrayıl (1 371 min manat, ötən il isə 1 548 min idi),  Kəlbəcər (2 219 min manat, ötən il isə 2 560 min manat idi), Şuşa (950 min manat, ötən il isə 1 011 min manat idi) və Zəngilandır (303 min manat, ötən il isə 334 min manat idi).

Previous Post

2018-ci ildə bu rayonların pulu kəsiləcək

Next Post

“Lotu Quli” azadlıqda

Bənzər yazılar

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00

Azərbaycan Hava Yollarının (AZAL) 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb....

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11

Dünya bazarında Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti...

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərdə eniş müşahidə olunub. Elchi.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda...

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust 2026 - 16:32

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Elchi.az  xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...

Next Post

“Lotu Quli” azadlıqda

5 yaşlı uşağın üzərinə qaynar su töküldü - Öldü

Son xəbərlər

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.