"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“20 Yanvar faciə deyil, millətimizin qürur qaynağıdır”

20 Yanvar 2015 - 10:46
in MANŞET
FacebookVatsap

“Özümü və çağdaş dünyamızı 20 Yanvar şəhidlərinə borclu sayıram"20 Yanvar faciə deyil, millətimizin qürur qaynağıdır"

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

“Ərəstun Oruclu: “20 yanvar tarixə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində ilk ən çox itki verdiyi bir gün kimi yazılıbdır. 20 yanvar hadisəsi Azərbaycan xalqına milli dövlətçiliyin zəruriliyini, müstəqil dövlətçiliyin qurulması ehtiyyacını açıq şəkildə bəyan etdi. Göstərdi ki, Azərbaycan yalnız və yalnız özünün müstəqil dövləti olduqda təhlükələrdən sığortalana bilər. 20 Yanvarın baş verməsi də, heç də təsadüfi olmadı. Ona görə ki, 1988-ci ildən başlayan Qarabağdakı erməni seperatçılığının Moskva tərəfindən açıq himayə olunmasını Azərbaycanda hər kəs bilirdi. Bunu görmək bilmək istəyən Azərbaycanın yaramaz kommusnist rəhbərliyi idi, çünki onlar öz xalqlarına xidmət edirdi.

Buna baxmayaraq onlar xalqın gücü qarşısında dayana bilmədilər.

İndi bir çoxları 20 Yanvar haqqında onun əhəmiyyətini itirmək, bu bir növ arxa plana keçirmək fonunda danışır. Amma bu yanlışdır, ona görə ki, 20 Yanvar artıq tarixdə öz yerini tutubdur. Bu hadisə müasir Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsidir”.

Fərhad Mehdiyev: “Mən 20 Yanvarı faciə saymıram. O millətimizin dirçəlib, formalaşmasında bir qəhrəmanlıq nümunəsidir. Xalqın əzminin qırılmadığını göstərən bir hadisədir.O gün müstəqilliyə doğru ilk addımlarımızdan biri idi. Çünki bu imperiyaya qarşı atılan bir addım idi. Bu addım rus imperiyasının dağılmasında önəmli yer tuturdu. Bu günü qeyd etməklə və gələcək nəsillərə yaddaş kimi ötürməklə, hər birimiz dövlətçiliyimizi bərkidib qoruyuruq”.

İbrahim Rüstəmli: ” 20 Yanvar Azərbaycan xalqının milli oyanış hərəkatında ən mühüm tarixi hadisədir. Axına qarşı cəsarətlə addımlamaq, təpədən dırnağadək silahlanmış zirehli hərbi maşınların, qəzəbli əsgərlərin önünə yalın əllə, yalnız azadlıq ideyaları ilə çıxmaq və bu ideyaların gerçəkləşməsi naminə öz canından keçmək hər xalqa nəsib olmayan böyük bir şərəf, böyük bir örnəkdir. Yurddaşlarımızın həmrəyliyini, bütövlüyünü, azadlıq yanğısını özündə yaşadan bu möhtəşəm təqvim xalqımızı imperiya cəlladlarına tanıtmaq və azadlıq ideyalarını stimullaşdırmaq baxımında böyük mənəvi əhəmiyyət daşıyır. Qətlə yetirilmiş dinc insanların qanı ilə suvarılan Bakı məhz həmin gün yalnız Azərbaycanın deyil, heç bir hədd-hüdud tanımayan azadlıq mücadiləsinin, sərhədsiz azadlıq adasının paytaxtına çevrildi.O günlərin canlı şahidi kimi, yaşanan bu möhtəşəm hürriyyət salnaməsinə görə özümü və çağdaş dünyamızı 20 Yanvar şəhidlərinə borclu sayıram. Axı bu təqvim tarixin daş yaddaşına məhz onların müqəddəs qanı ilə yazılıb.

Azərbaycan öz azadlığını ləyaqətəli, vətənpərvər, cəsur övladlarını itirməklə qazandı. Ancaq onların işıqlı adını, mücadiləsini heç vaxt unutmadı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunub. Prezidentin 19 yanvar 2011-ci il tarixli fərmanına əsasən isə 20 Yanvar əlillərinə – I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənilir. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir. Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamı ilə 20 Yanvar əlilləri və şəhidlərinin respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bu təbəqələrdən olanlar birdəfəlik müavinətlə təmin olunurlar. Və nəhayət, faciənin 25-ci ildönümü ilə bağlı, ƏƏSMN tərəfindən 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

Əlbəttə, bütün bunlar xalqımızın və dövlətyimizin yalnız 20 Yanvar hadisələrinə deyil, ümumilikdə azadlıq mücadiləsinə, bu mücadilədə həlak olanlara verdiyi yüksək önəm və dəyərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.(Ölkə.Az)

Previous Post

“20 Yanvar faciə deyil, millətimizin qürur qaynağıdır”

Next Post

15 fevral sirri

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Next Post

15 fevral sirri

Əbədi məhəbbət əfsanəsi...

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.