NASA, qalaktikalararası kosmosda çox sürətlə hərəkət edən “görünməz canavar” olaraq xarakterizə etdiyi yeni qara dəliyin kəşfini elan edib.
Elchi.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyindən (NASA) verilən açıqlamada, Hubble Kosmik Teleskopu tərəfindən təsadüfən təsbit edilən qara dəliyin qalaktikalar arasında böyük sürətlə dolaşdığı bildirilib.
“Görünməz canavar” olaraq xarakterizə edilən qara dəliyin Yerlə Ay arasında 14 dəqiqəyə səyahət edəcək qədər sürətlə hərəkət etdiyi və 20 milyon günəşi çəkəcək qədər superkütlə olduğu qeyd edilib.
Qara dəliyin arxasında Samanyolu qalaktikasının diametrindən iki dəfə böyük və görünməmiş 200.000 işıq ili uzunluğunda yeni doğulmuş ulduzların izini buraxdığı bildirilib.
Şayəstə