"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“20 əlaçı 100 baldan az toplayıb” – TQDK sədrindən şok açıqlama

28 Yanvar 2016 - 13:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

"20 əlaçı 100 baldan az toplayıb"

2015-ci ildə ali məktəbə qəbul üçün sənəd verən 51818 cari il məzununun 5790-ı əlaçı olub. Əlaçı məzunların 20 nəfəri (0,35 faizi) 0-100 bal, 151 nəfəri (2,61 faizi) 100-200 bal, 558 nəfəri (9,64 faizi) 200-300 bal, 2255 nəfəri (38,95 faizi) 300-500 bal, 2806 nəfəri (48,46 faizi) 500-700 bal toplayıb.

Qaynar.info xəbər verir ki, bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Komissiya sədrinin sözlərinə görə, son qəbulda əlaçılar öz nəticələrini müəyyən dərəcədə təsdiqləyiblər: “Təbii ki, mən bütün əlaçıların 500 baldan çox nəticə göstərməsini istəyərdim. Əlaçı məzunların nəticələrinin təhlili orta məktəblərdə daxili qiymətləndirmənin nə dərəcədə düzgün aparıldığını göstərir. Biz bu istiqamətdə təhlilləri 10-15 il əvvəl aparmağa başlamışıq. 10 il əvvəl şok vəziyyətində idik, çünki bütün bal kateqoriyaları arasında əlaçılar var idi. 0-100 bal toplayanlar arasında onların sayı 7 %, 0-200 bal toplayanların arasında isə 22 % (!) idi. Bunlar göstərir ki, məktəbdə daxili qiymətləndirmə düzgün aparılmır, müəyyən şişirtmələr edilir. 2015-ci ilin ali məktəbə sənəd verən 5790 əlaçı məzununun yalnız 20-si 0-100 bal arasında nəticə göstərib. Əlaçı məzunların yarıdan çoxu 500 baldan yuxarı nəticə göstərib. Bu, o deməkdir ki, artıq orta məktəblərdə əlaçıların qiymətlərinə daha dəqiq yanaşılır”.

M.Abbaszadə qeyd edib ki, fənlər üzrə məktəb qiymətləri ilə qəbul imtahanlarında toplanılan balların müqayisəsi üçün abituriyentlərin hər bir fənn üzrə topladıqları balların məktəb qiymətləri ilə korrelyasiyası da araşdırılıb. Məlum olub ki, orta məktəblərdə nisbətən obyektiv qiymətləndirmə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılır.

Bunu həmin fənlərin buraxılış imtahanları fənləri olması ilə izah edən M.Abbaszadə qeyd edib ki, hər üç fənn üzrə korrelyasiya əmsalı 2015-ci ildə 0,60-0,65 intervalında olub. Bu göstərici 2012-ci illə müqayisədə artıb.

M.Abbaszadə qeyd edib ki, 2014-cü ildə xarici dil üzrə korrelyasiya əmsalı 0,42-yə bərabər olub: “Amma 2015-ci ildə buraxılış imtahanları fənləri sırasına xarici dil də daxil edildikdən sonra bu göstərici 0,61 faizə yüksəlib. Fizika, kimya, biologiya üzrə korrelyasiya əmsalı isə 0,50-0,53 intervalındadır”.

M.Abbaszadə deyib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı 4,5-5 intervalında olan abituriyentlərin sayı 15 332 nəfər olub: “Onların 1359 nəfəri (8,86 faizi) 0-100 bal, 2530 nəfəri (16,50 faizi) 100-200 bal, 3249 nəfəri (21,19 faizi) 200-300 bal, 5747 nəfəri (37,48 faizi) 300-500 bal, 24 47 nəfəri (15,96 faizi) 500-700 bal toplayıb”.

Komissiya sədri hesab edir ki, orta attestat balı 4,5-5 intervalında olan abituriyentlər arasında 0-100 bal toplayanlar olmamalıdır.

M.Abbaszadə əlavə edib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı 4- 4,5 intervalında olan abituriyentlərin 45 faizi 200 baldan aşağı nəticə göstərib: “Demək, müəllimlərin “5” qiyməti yazmaq məsuliyyəti artıb. Amma “4” qiymətini yazmaq məsuliyyəti bir o qədər də artmayıb”.

Previous Post

“20 əlaçı 100 baldan az toplayıb” – TQDK sədrindən şok açıqlama

Next Post

Nardaranda əməliyyat – “Molotov kokteyli” tapıldı

Bənzər yazılar

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda...

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Next Post

Nardaranda əməliyyat - “Molotov kokteyli” tapıldı

Nardaranda əməliyyat - “Molotov kokteyli” tapıldı

Son xəbərlər

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.