"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home TƏHSİL

Ekspert: “Bu hallar məktəbdə işçilər arasında ayrı-seçkilik yaradır”

09 Sentyabr 2022 - 21:18
in TƏHSİL
FacebookVatsap

“Məktəb direktorları və müavinləri üçün 12 saat dərs yükü nəzərdə tutub, artıq qalan 6 saat dərsi vakansiyaya çıxartmaq qaydalara uyğundurmu və Müəllimlərin İşə Qəbulu Müsabiqəsi ilə bu vakansiyaları tutan gənc müəllimlər belə halda əlavə dərs saatı tələb edə bilərlərmi?”.

Bunu da oxuyun

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilverənlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

Elchi.az-ın məlumatına görə, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov FB hesabında bildirib:

“Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2015-ci il tarixli, 994 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamının 1-ci hissəsinə görə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və 2017-ci il yanvarın 1-dən keçirilən mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul olunan müəllimlərin həftəlik dərs yükü norması 18 saat olmaqla müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2-ci bəndinə görə isə dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir, vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür, müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur, bu mümkün olmadıqda həmin dərs saatları mərkəzləşdirilmiş müsabiqə yolu ilə tutulması üçün vakant hesab olunur. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi məktəbdə 18 saata qədər dərs varsa onun bir qismini müəllimlərə və ya məktəb rəhbərlərinə verib artıq hesab etdiyini vakansiyaya çıxartmaq olmaz. Belə halda digər məktəblərdən hökmən müəllim dəvət edilməli və ya dərs saatları vakansiyaya çıxarılmalır. Ümumiyyətlə istinad olunan sənədlərdən məktəbdə mövcud olduğu halda vakansiyaya normadan az, yəni 18 saatdan az dərs saatlarının verilməsi istisna olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim – tərbiyə müəssisələrinin rəhbər, inzibati – təsərrüfat, tədris – köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü bəndinə görə məktəb direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər, o cümlədən psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasaları üzrə həftədə 12 saata qədər dərs verilə bilər. Qeyd edilən sənədlərdən göründüyü kimi sənddəki “həftədə 12 saata qədər dərs apara bilərlər” və “həftədə 12 saata qədər dərs verilə bilər” normasını “hökmən aparmalıdır” və “hökmən verilməlidir” kimi anlamaq yanlışdır və bunu aşağıda qeyd etdiyimiz sənədlər sübut edir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli Təlimati Məktubuna görə direktor və direktor müavinlərinə müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələrinə uyğun ədalətli dərs bölgüsündən sonra və ya ixtisaslı müəllim olmadığı halda məktəbdə 6 saatadək dərs verilə bilər, rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psixoloq, UBTR, laborant və kitabxanaçı) dərs yükü nəzərədə tutulmur. Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları“nın 5-ci bəndinə görə isə direktor və direktor müavinləri yalnız rəhbər vəzifədən azad olunduqları və müəllim kimi saxlandıqları təqdirdə onların qiymətləndirmə nəticəsi dərs yükünün müəyyənləşdirilməsi zamanı nəzərə alınır. Qeyd etdiyimiz bu sənədlərdən göründüyü kimi isə direktor və müavini ən yaxşı halda, yəni müəlllimlər dərslə tam təmin ediləndən sonra, 6 saata qədər dərs verilə bilər. Qeyd etdiyimiz bu qaydadakı “6 saatadək dərs verilə bilər” normasını da hökmən “hökmən 6 saat dərs verilməlidir” kimi anlamaq olmaz, çünki mümükündür yerli təhsil idarəetmə orqanı bunu da məhdudlaşdırsın.
Beləliklə aydın olur ki, vakansiyalar verilən zaman direktor və müqavinlərinin özünə 12 saat dərs nəzərdə tutub, artıq qalan dərsləri vakansiyaya çıxartması qaydalara ziddir. Müəllimlərin İşə Qəbulu Müsabiqəsi ilə bu vakansiyaları tutan gənc müəllimlər belə halda bu dərsləri tələb etməlidir. Güya məktəblərə yeni təyin edilən müəllimlərin vakansiyada göstərilən dərs saatlarından artıq dərsləri yalnız növbəti tədris ilindən tələb etmək hüququna malik olması barədə deyilənlər isə heç bir hüquqi bazaya söykənməyən absurd fikirlərdir. Məhz bu cür bilərəkdən və ya qaydaların sistematik və anlaşıqlı olmamasından onu düzgün tətbiq edə bilməyən məmurların səhv müəyyən etdiyi vakansiyaların hesabına ölkədə minlərlə gənc işsiz qalır və ya bu cür iqtisadi rentabeli olmayan vakansiyaları tutan müəllimlər tezliklə məktəbləri tərk edirlər. Məhz bu cür ədalətsiz vakansiyalar və dərs bölgüsü nəticəsində eyni məktəbdə işçilər arasında biri digərindən 5 dəfədən çox maaş fərqi və sosial ədavət yaranır”.

Şayəstə

Previous Post

Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Next Post

Saakaşvili Gürcüstana qayıtmasına peşmandır

Bənzər yazılar

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

08 Sentyabr 2026 - 14:44

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli ümumtəhsil məktəblərinə 2026-2027-ci tədris ili üçün dərsliklər göndərib. Elchi.az xəbər verir ki, 18 adda...

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

14 İyun 2026 - 11:43

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. DİM-dən Elchi.az - a...

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilverənlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilverənlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

10 Aprel 2026 - 12:17

Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu...

Müəllimədən fərqli addım: “Bahar qızı” olub uşaqları sevindirdi

Müəllimədən fərqli addım: “Bahar qızı” olub uşaqları sevindirdi

18 Mart 2026 - 11:10

250 saylı uşaq bağçasında Novruz bayramı münasibətilə keçirilən şənlik uşaqlar üçün unudulmaz anlarla yadda qalıb. Tədbir zamanı bağçanın müəlliməsi Gülnarə...

Next Post
Saakaşvili Gürcüstana qayıtmasına peşmandır

Saakaşvili Gürcüstana qayıtmasına peşmandır

Kremldən gələn təhdidlərdən qorxmayaq – Mişel

Kremldən gələn təhdidlərdən qorxmayaq - Mişel

Son xəbərlər

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

09 Noyabr 2026 - 11:32
Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

09 Noyabr 2026 - 11:00
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09 Noyabr 2026 - 10:20
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

09 Noyabr 2026 - 09:27
Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27
İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.