"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

19 dövlət əmlakı özəlləşdirilib

15 Avqust 2017 - 17:08
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

   

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda 19 dövlət əmlakı özəlləşdirilib.

Komitədən Elchi.az-a verilən məlumata görə, bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb.

Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir. Özəlləşdirilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aid olur.

Həmin gün regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Bunlar müvafiq olaraq Gəncə şəhərində və İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” olub. Həmin əmlakın torpaq sahəsi 11 min 145 kv.m, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır.

Özəlləşdirilən 12 istifadəsiz qeyri-yaşayış sahəsindən 3-ü Nəsimidə, hər birində 2 ədəd olmaqla Binəqədi, Suraxanı, Yasamal rayonlarında, qalanları isə müvafiq olaraq Nərimanov, Sabunçu, Nizami rayonlarında yerləşir. Bölgə üzrə özəlləşdirilən qeyri-yaşayış sahəsi Göygöl rayonunda yerləşir. Respublika üzrə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 12 kv.m ilə 183 kv.m arasında dəyişir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

“Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Qeyd edilməlidir ki, İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” kimi əmlakların özəlləşdirilməsi və fəaliyyətinin genişləndirilməsi kənd təsərrüfatı ilə yanaşı yüngül sənayenin inkişafına şərait yaradır. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımızın aradan qalxmasına səbəb olur. Eyni zamanda bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır.

Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Məsələn paytaxtın Qaradağ rayonunda yerləşən 12 saylı yeməkxananın özəlləşdirilməsi gələcəkdə sahibi üçün yaxşı gəlir gətirə bilər. Eyni zamanda Səbail rayonunda yerləşən 66 saylı mağazanı da bu kateqoriyaya aid etmək olar. Həmin əmlakların ümumi faydalı sahəsi müvafiq olaraq 75 kv.m və 175 kv.m təşkil edir”, – deyə məlumatda vurğulanıb.

Komitədən bildirilib ki, hərracların keçirilməsi iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır: “Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir”.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 22 avqustda keçiriləcək.

Previous Post

19 dövlət əmlakı özəlləşdirilib

Next Post

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklər – SİYAHI

Bənzər yazılar

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və...

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı...

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08

Vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasına, eləcə də əlavə ödənişli vəzifə tutmasına məhdudiyyət qoyulması təklif edilir. Elchi.az...

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Abituriyentlər 3 fəndən imtahan verə bilər

29 Oktyabr 2026 - 12:42

Qəbul imtahanlarında dəyişikliklərin edilməsi, yeni fənlərin əlavə olunması və ya mövcud imtahan formatının yenilənməsi təhsil ictimaiyyətinin, şagirdlərin və valideynlərin diqqət...

Next Post

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklər - SİYAHI

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklər - SİYAHI

Son xəbərlər

Azərbaycanda bankların birləşməsi davam edəcək

Azərbaycanda bankların birləşməsi davam edəcək

29 Oktyabr 2026 - 13:52
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27
“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16
Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08
Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

29 Oktyabr 2026 - 13:00
Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

29 Oktyabr 2026 - 12:53
Abituriyentlər 3 fəndən imtahan verə bilər

Abituriyentlər 3 fəndən imtahan verə bilər

29 Oktyabr 2026 - 12:42
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

29 Oktyabr 2026 - 12:30
156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

29 Oktyabr 2026 - 12:05
Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58
Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

29 Oktyabr 2026 - 11:46
Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

29 Oktyabr 2026 - 11:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.