Ukrayna prezidenti Petr Poroşenko ölkə və dünya ictimaiyyətinə çağırış edib.
AzNews.az-ın məlumatına görə, prezident bu çağırışını dövlət televiziyasının efirindən ünvanlayıb. O çıxışında ölkədəki son vəziyyət, respublikanın cənub-şərq bölgəsindəki gərginlik və ötən gecə Donetsk səmasında vurulan sərnişin təyyarəsinə toxunub.
P. Poroşenko təyyarə faciəsi ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verərək, terrorizmin qlobal problem olduğunu bildirib.
Prezident deyib ki, artıq ölkənin cənub-şərq bölgəsində gedən müharibə Ukrayna hüdudlarından çıxıb: “Bu gün Donetsk vilayətinin səmasında baş verən faciə separatçıların xislətini və onların aqressiasını çılpaqlığı ilə nümayiş etdirir. Bu gün bütün dünya işğalçının əsl simasını gördü. Bu beynəlxalq səviyyəli terror aktıdır və bütün dünyaya yönələn hədədir. Bütün bunlara baxmayaraq, Ukrayna Ordusunun ruhu qələbəyə aparacaq”.
P. Poroşenko qeyd edib ki, hadisə ilə bağlı dövlət komissiyası yaradılıb və qəza detalları ilə araşdırılacaq. Komissiyaya Ukrayna, Malayziya və ABŞ-dan olan mütəxəssislər cəlb olunacaq.
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....