Almaniyada temperatur -20 dərəcəyə düşdüyü üçün Almaniya Meteorologiya Xidməti (DWD) 9 ştat üçün qırmızı həyəcan siqnalı verdi.
Elchi.az xəbər verir ki, son illərin ən sərt qışını yaşayan Almaniya “Elli” aşağı təzyiq sisteminin yaratdığı qar fırtınasına məruz qaldı. Ölkənin şimalında və şərqində başlayan qar yağışı və fırtınalardan sonra Almaniya Meteorologiya Xidməti (DWD) 9 ştat üçün qırmızı həyəcan siqnalı verdi. DWD cümə günü günortaya qədər Şlezviq-Holşteyn, Hamburq, Aşağı Saksoniya, Berlin, Brandenburq, Saksoniya-Anhalt, Meklenburq-Ön Pomeraniya, Türingiya və Bavariya ştatlarında güclü qar yağışı və buzlanma barədə xəbərdarlıq etdi. Almaniya Federal Nəqliyyat Naziri Patrik Şnider vətəndaşları son dərəcə ehtiyatlı olmağa çağırdı. Gözlənilmədən güclü qar yağışı və buz əmələ gəlməsi təhlükəsinə diqqət çəkən Şnider bildirib ki, “İnsanlar mütləq zəruri olmayan hər şeydən çəkinməlidirlər. Bəzi ərazilərdə vəziyyətin çox təhlükəli ola biləcəyinə dair əlamətlər var. İnsanlar bundan xəbərdar olmalı və buna yüngül yanaşmamalıdırlar. Bizə ciddi bir şey yaxınlaşır; çölə çıxmaq məcburiyyətində olmayan hər kəs evdə qalmalıdır”.
Hessenin daxili işlər naziri Roman Posek bu gün insanları lazımsız avtomobil səyahətlərindən çəkinməyə və velosipeddən istifadə etməməyə çağırıb. Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhər administrasiyası da vətəndaşları şiddətli fırtına və qar yağışı nəticəsində budaqların düşməsi riski səbəbindən meşələrdən və parklardan uzaq durmağa çağırıb.
Şayəstə





















