14 il aclıqdan sonra... azadlıq

🗓 20.08.2014 22:53 ✍️ "Elçi" qəzeti
Hindistanda 14 ildir ki, aclıq edən qadın həbsxanadan buraxılıb. 42 yaşlı İrom Sharmila Hindistanda insanimg1511698 haqları pozuntularına etiraz olaraq aclıq edir.
O aclığa 2000-ci ildə başlayıb. O vaxt o, ordu əsgərlərinin  avtobus dayanacağında 10 adamı öldürməsinin şahidi olmuşdu.
Bir neçə gün sonra onun özünü tutdular.
O vaxtdan – 14 il aclıq edən bu qadını gündə bir neçə dəfə zorla - burnundan tökməklə yedirirdilər.
Indi həbsdən çıxan Sharmila deyir ki, aclıq aksiyasını yenə davam etdirəcək.
Onu qarşılamağa gələnlərə isə deyib ki, “mənim şərəfimə mahnı oxumanızı istəmirəm. Kütləvi dəstəyinizi istəyirəm”.
 

Bənzər yazılar