2023-cü ilin yanvar-mart aylarında 13 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-nın yaşı 18-dən (3 oğlan, 3 qız) az olub.
Bildirilib ki, bu, cari ilin birinci rübündə Gürcüstandan deportasiya edilən əcnəbilər arasında ən yüksək göstəricidir.
Ümumilikdə yanvar-mart aylarında 15 ölkənin 55 nümayəndəsi Gürcüstandan deportasiya edilib.
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib
İrəvan yaxınlığındakı qazdoldurma məntəqəsində partlayış baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Hadisə Xaçpar kəndində...






















Son şərhlər