114 nömrəli marşrut xətti ləğv edildi

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək.

Elchi.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Belə ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər