"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

10 ilin, 15 ilin, 20 ilin icra başçıları; kimlər karyerasını eyni vəzifədə davam etdirir – SİYAHI

21 Aprel 2017 - 10:42
in CƏMİYYƏT, SİYASƏT, SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

10 ilin, 15 ilin, 20 ilin icra başçıları; kimlər karyerasını eyni vəzifədə davam etdirir -

Azərbaycanda uzun müddətdiricra başçısı postunda çalışan xeyli məmur var, Bir neçə dəfə işlədikləri rayonları dəyişən həmin məmurların eyni vəzifədəki stajları 10, 15, hətta 20 ilə çatır. 

Elchi.az xəbər verir ki, Modern.az saytı eyni vəzifədə ən azı 10 il çalışan icra başçıları ilə bağlı kiçik bir araşdıma apararaq, onların kimlər olduğunu dəqiqləşdirməyə çalışıb.

Beləliklə,

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 ildir eyni vəzifədə çalışır. ÖncəSamux Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsini tutmuş Ş.Məmmədov 26 dekabr 2005-ci tarixindən Ağcabədiyə rəhbərlik edir.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin bu vəzifədəki stajı 10 ili əhatə edir.

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də 10 ildir region rəhbəridir. O, 2007-ci ildən 2012-ci ilədək Xızıda, 2012-ci ildən hazırki vaxtadək Beyləqanda icra başçısıdır.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin eyni vəzifədəki staşı 11 ilə çatıb. Əvvəllər Yardımlı və Masallı rayon İcra hakimiyyətlərinə rəhbərlik etmiş Q.Ağayev 14 aprel 2012-ci il tarixindən Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 12 ildir bölgə rəhbəridir. 2005-2011-ci illərdə Tərtər rayonuna rəhbərlik etmiş V.İsayev 3 mart 2011-ci ildən Bərdədə çalışır.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin eyni vəzifədəki iş staşı 11 il təşkil edir. 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış M.Quliyev artıq 6 ildir Biləsuvarda rəhbər post tutur.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2006-cı ildən bu postda çalışır ki, onun da məmur stajı 11 ili əhatə edir.

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov da 11 ildir bu vəzifədə işləyir.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov 2006-cı ildən (11 il) bu rəhbər postu tutur.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıŞəmsəddin Xanbabayevhəmkarları ilə müqayisədə daha stajlıdır. Onun rayona rəhbərlik etmək karyerası sovet dövründən – 1980-cı ildən başlayır. O zaman Ordubad rayon Partiya Komitəsinin birinci katibi təyin edilmiş Xanbabayev 3 il sonra – 1983-cü ildə  Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi postuna gətirilib. 1992-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.

Şəmsəddin Xanbabayev 23 oktyabr 2004-cü il tarixindən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Artlq 13-cü ildir ki, Xaçmaza rəhbərlik edir.

Xızı rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanov artıq 11 ildir karyerasını eyni vəzifədə davam etdirir. O, Xızıdan əvvəl Yardımlı rayonunun icra başçısı olub.

İmişli rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev13 ildir məmurluq karyerasını icra başçısı postunda davam etdirir. İki il (2004-2006) Göygöl rayonuna, 6 il (2006-2012) Samux rayonuna rəhbərlik edib. 14 aprel 2012-ci il tarixindən isə İmişli rayonunda çalışır.

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da uzun illərdir bu vəzifədə işləyən məmurlardandır. O, 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayon İcra hakimiyyətlərinin başçısı vəzifəsində işləyib. 26 aprel 2011-ci il tarixindən Qobustana rəhbərlik edir. Adil Məmmədovun icra başçısı karyerası 23 ildir davam edir.

Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov 2001-ci ildən eyni vəzifəni tutur, bu isə 16 il edir.

Qusar rayon icra Hakimiyyətinin başçısı Şair Alxasov bu vəzifəyə 18.12.2007-ci il tarixində təyin edilib. Şair müəllim 10 ildir icra başçısı işləyir.

Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da 10 ildir eyni vəzifəni tutur. O, 2007-ci ildən Lerikə rəhbərlik edir.

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 24 avqust 2005-ci il tarixindən rəhbər posta təyinat alıb. 6 il Qobustan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İ.Vəliyev 2011-ci ildən Neftçalada işləyir. O, artıq 12 ildir icra başçısıdır.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 16 ildir eyni vəzifəni daşıyır. Əvvəlcə Göyçayda, sonra Şamaxıda rəhbər post tutub. 2011-ci ildən isə Sabirabadın icra başçısıdır.

Hazırda Samux rayonuna rəhbərlik edən  Alı Qocayev 12 ildir icra başçısı postunda çalışır. 2005-2012-ci illərdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 18 aprel 2012-ci il tarixində isə Samux rayon İcra Hakmiyyətinə təyinat alıb.

Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun eyni vəzifədəki iş stajı 22 ilə çatır. O, 1995-2002-ci illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy rayon İcra Hakimiyyəti başçısı olub. 28.06.2007-ci ildən Şabran rayonuna rəhbərlik edir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov 10 ildir bu vəzifədə işləyir.

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov 12 ildir rayon rəhbəridir. O, əvvələr  Zərdab və Göyçay rayon İcra hakimiyyətlərinə rəhbərlik edib. 27 yanvar 2015-ci ildən bəri Ucar rayon İcra Hakimiyyətinin başçısıdır.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 10 illik karyerası boyunca iki rayona rəhbərlik edib. 27 dekabr 2007-ci ildən -1 sentyabr 2009-cu ilədək Qax rayonunun icra başçısı olub, hazırda isə Zaqatalaya rəhbərlik edir.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev da iki yerdə icra başçısı işləyib ki, bu da 12 ili əhatə edir.  O, 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixinədək Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 14 dekabr 2007-ci il tarixində isə Zərdaba rəhbər təyin edilib.

Elmar Vəliyevin icra başçısı kimi iş stajı 13 ildir. O, 2004-cüildən 2011-ci ilə kimi Yevlax şəhər İcra Hakimiyyətinin başçısı olub. 18 fevral 2011-ci il tarixindən isə Gəncə şəhər İcra Hakimiyyətinin başçıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə 22 ildir rəhbər postda çalışır. Belə ki, o, 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olub. 2001-ci ilin yanvar ayından Bakı şəhərinin meri vəzifəsini tutur.

Zakir Fərəcov 12 ildir icra başçısı işləyir. 2005-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2 sentyabr 2015-ci il tarixindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 21 ildir icra başçısıdır. 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə Astaraya rəhbərlik edib. 14 aprel 2012-ci ildən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 10 ildir icra başçısı postunda çalışır. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa rayonuna rəhbərlik edib. 2011-ci il may ayının 23-də Şəkiyə təyinat alıb.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov 18 aprel 2005-ci ildən eyni vəzifəni tutur ki, bu da 10 ili əhatə edir.

Süleyman Mikayılov da uzun müddətdir icra başçısı vəzifəsində çalışır. 2001-2005-ci illərdə Yardımlı rayon İcra Hakimiyyətinin, 2005-2010-cu illərdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı olub. 4 mart 2010-cu il tarixindən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev 17 ildir eyni vəzifədə çalışır – 2000-2006-ci illərdə Xətai rayonuna rəhbərlik edib. 26.09.2006-cı ildən hal-hazıra kimi Yasamal rayon İcra Hakimiyyətinin başçısıdır.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısıdır.

Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2 sentyabr 2015-ci il tarixindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır. Onun icra başçısı kimi karyerası 11 ildir davam edir.

İlqar Abbasov isə 13 ildir icra başçısıdır. 2004-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 21 dekabr 2005-cı il tarixindən indiyə kimi Suraxanı rayon İcra Hakimiyətinin başçısıdır.

Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 25 yanvar 1995-ci il tarixindən bu vəzifədə çalışır – 22 illik karyera…

Hazırda Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eldar Əzizov 17 ildir icra başçısı postunu tutur. O, 2000-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayından Səbail rayonuna rəhbərlik edir.

Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov26 sentyabr 2006-cı il tarixindən bu vəzifəni daşıyır – 11 ildir.

Previous Post

10 ilin, 15 ilin, 20 ilin icra başçıları; kimlər karyerasını eyni vəzifədə davam etdirir – SİYAHI

Next Post

Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan...

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava...

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

25 İyul 2026 - 14:18

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar...

Next Post

Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?

Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.