Komediya ustası Aleksandr Ponomarenko 55 yaşında onkologiyadan vəfat edib.
Teleaparıcı Andrey Malaxov rusiyalı komediya ustası, “Əyri güzgü” şousunun ulduzu Aleksandr Ponomarenkonun vəfat etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb. Sənətçi onkoloji, mədə xərçəngindən vəfat edib. Onun 55 yaşı var idi.
“Bir ay əvvəl ümid var idi, veriliş çəkirdik, o, yaxşı əhval-ruhiyyədə idi … ən yaxşısına inanırdı” deyə Malaxov başsağlığı verdi.
Şayəstə