Növbəti onillikdə internetə qoşulan cihazlar pul və məlumat ticarətinə gəldikdə böyük təsir göstərəcək. İngiltərədəki bir hesabatda bunun 2030-cu ilə qədər “Əşyaların İqtisadiyyatı”na səbəb ola biləcəyi ehtimal edilir.
Elchi.az xəbər verir ki, STL Partner telekommunikasiya konsaltinq firmasının hesabatında növbəti on il ərzində milyardlarla IoT cihazının məlumat və pul ticarəti edəcəyi proqnozlaşdırılır.
Yeddi ildən sonra təxminən 3,3 milyard IoT (Əşyaların İnterneti) cihazının bir-biri ilə davamlı ticarət edəcəyi gözlənilir.
Gələcəyin interneti olan WEB 3.0 dünyanı necə dəyişəcək?
Gələn ilin planetdə internetə qoşulan cihazların sayında böyük bir sıçrayış olacağı düşünülür.
Altı illik 3,750 faiz artım, Əşyaların İqtisadiyyatı və ya EoT adlandırılan şeyi işə salmaq üçün kifayətdir.
Tədqiqatçıların fikrincə, EoT əşyaların interneti altında daha kiçik bir qrupdur.
Bundan əlavə, hesabatda deyilir ki, bu, dünya miqyasında IoT bazarının 10 faizindən çoxunu təşkil edəcək.
EoT-nin 68 faizlik mürəkkəb illik artım sürətinə çatacağı gözlənilir.
Şayəstə Hüseynova