Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Çevik Dəstək Qüvvələri komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, Ərdoğan telefon danışığında Sudanda gedən son prosesləri müzakirə edib.
Türkiyə olaraq Sudandakı keçid prosesini əvvəldən dəstəklədiklərini bildirən Ərdoğan, son hadisələrin 2018-ci ildən bəri davam edən mübarizəyə zərbə vurduğunu və keçid dövrünün uğurlarını riskə atdığını bildirib.
Tərəfləri münaqişələrə, qardaş qanının tökülməsinə son qoymağa və dialoqa qayıtmağa dəvət edən Ərdoğan Sudanı cəmiyyətin birliyini təmin etmək üçün lazımi addımları atmağa, təmas qapılarını bağlamamağa və problemləri ortaq şəkildə həll etməyə çağırıb.
Lukaşenko Üçüncü Dünya Müharibəsinin qarşısını almağa çağırıb
Lukaşenko apokalipsis təhlükəsi səbəbindən üçüncü dünya müharibəsinin qarşısını almağa çağırıb. Elchi.az xəbər verir ki, bu barədə "BELTA" yazır. Agentliyin məlumatına...