Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Birləşmiş Krallıq əlaqələri, xüsusilə müdafiə sənayesi əməkdaşlığı və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı bildirib ki, Ukraynadakı taxılın ölkədən təhlükəsiz çıxarılması üçün həll yolu tapılmalıdır.