Mərkəzi qərargahı Küveytdə yerləşən Ərəb Elektron Media Birliyi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, ərəb mediasında dərc olunmuş bəyanatın mətnində deyilir: “Ərəb Elektron Media Birliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ilə sərhəddə sabotaj aktı törətdiyini bildirir. Biz Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən minalanması və atəşə tutulması nəticəsində günahsız insanların həlak olmasını qətiyyətlə pisləyirik və bəyan edirik ki, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək və mülki şəxsləri qorumaq istiqamətində zəruri tədbirlər görmək haqqı var.
Ərəb Elektron Media Birliyi beynəlxalq ictimaiyyətə, xüsusən BMT Təhlükəsizlik Şurasına müraciət edərək, günahsız insanların həyatını xilas etmək məqsədilə Ermənistanın təxribatlarına qarşı qətiyyətli tədbirlər görməyə çağırır”.
Bəyanatı Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağ imzalayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...





















Son şərhlər