Şosse velosipedinin ən mühüm yarışı olan 110-cu “Tour de France”a sabah start veriləcək.
Elchi.az xəbər verir ki, İtaliya və İspaniya turları ilə “böyük tur” adlanan şosse velosipedi mövsümünün ən əhəmiyyətli üç yarışından biri olan təşkilat bu il 1-23 iyul tarixlərində keçiriləcək.
1903-cü ildən təşkil edilən turların ən qədimi və ən prestijlisi sayılan “Tour de France”da 22 komandadan 176 idmançı mübarizə aparacaq.
Şayəstə Hüseynova