“Yaşı 65-ə qədər olan bütün müəllimlər serifikatlaşdırmadan keçə bilər”.
Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, çalışmanın son yaş həddinə çatdıqdan sonra fəaliyyəti davam edəcək müəllimlər də bu prosesə qoşula bilər.
Eşqi Bağırov eyni zamanda qeyd edib ki, əmək haqqı islahatları nəzərdə tutulduğu təqdirdə, sertifikatlaşdırma nəticələri əsas götürülə bilər.