Əlcəzairin Milli Neft və Qaz Şirkəti Sonatrach Sloveniyaya təbii qaz ixracı ilə bağlı müqaviləsini yeniləyib.
Elchi.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi ölkədə rəsmi işgüzar səfərdə olan Sloveniyanın xarici işlər naziri Tanja Fajonun Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ilə görüşdüyünü açıqlayıb.
İkitərəfli görüş zamanı Lamamra və Fajon inkişaf etməkdə olan Əlcəzair-Sloveniya münasibətlərini müzakirə ediblər.
Vurğulanıb ki, iki ölkə arasında formalaşan dinamik münasibətlərin əhatə dairəsi enerji, mədənçıxarma, bərpa olunan enerji və rəqəmsallaşma kimi yeni sahələri əhatə edəcək şəkildə genişləndirilməlidir.
Bildirilib ki, nazirlər həmçinin Avro-Aralıq dənizi tərəfdaşlığının müxtəlif aspektlərini və Əlcəzair ilə Avropa İttifaqı arasında münasibətləri müzakirə ediblər, həmçinin regional və beynəlxalq səviyyədə aktual məsələlərin geniş spektrini müzakirə ediblər.
İkitərəfli görüşdən sonra Lamamra və Fajon Sonatrach ilə Sloveniyanın Geoplin şirkəti arasında təbii qaz tədarükü müqaviləsinin imzalanması mərasimində iştirak ediblər.
İmzalanma mərasimində Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab və sloveniyalı həmkarı Bojan Kumer də iştirak ediblər.
Şayəstə